Naxçıvanın bank sektorunda göstəricilər açıqlandı
Banklar tərəfindən ikinci rübdə ticarət, iaşə və digər xidmət obyektlərində 91 təmassız ödəniş etməyə imkan verən POS-terminal quraşdırılıb.
Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, ikinci rübün sonuna muxtar respublikada POS-terminalların sayı 802-si təmassız ödəniş imkanlı olmaqla, 1467-yə, bankomatların sayı 115-ə, ödəniş terminallarının sayı isə 97-yə çatdırılıb.
İkinci rübdə muxtar respublikada 22 milyon 670 min 319 manat həcmində kredit ödənişi banka getmədən ödəniş terminalları vasitəsilə gerçəkləşdirilmişdir. Bu dövrdə məsafəli bank xidmətlərindən istifadə davam etdirilmiş, 2 min 134 onlayn kart sifarişi həyata keçirilib.
Özəl sektorda işçilərə əməkhaqqı verilərkən ödəniş kartlarından istifadə olunması rəqəmsal ödəniş xidmətlərindən istifadənin geniş vüsət almasına təkan verən digər mühüm tədbirdir.
İkinci rübdə muxtar respublikada fəaliyyət göstərən aviakassalarda mövcud olan 10 POS-terminal vasitəsilə 210 min 508 manat həcmində nağdsız bilet satışı həyata keçirilib.
Muxtar respublikada aprel-iyun aylarında 190 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 104 min 111 manat, 464 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 181 min 896 manat vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib. Bu dövrdə özəl sektorda 5 vergiödəyicisi üzrə 31 işçinin əməkhaqqı ödəniş kartları vasitəsilə ödənilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay