Xəbər
16.08.2021 / 12:57
Kriptovalyuta bazarının kapitallaşması yenə kəskin artdı
17044
Qlobal kriptovalyuta bazarının kapitallaşması bu ilin mayından ilk dəfə olaraq 2 trilyon ABŞ dollarını keçib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, son sutkada kriptovalyutaların bazar dəyəri 2,52 % artıb.
Məlumata görə, kriptovalyuta bazarının kapitallaşması “Bitkoin”in dəyərinin artması fonunda gedir. Onun qiyməti son sutkada 2,1 % artaraq 47 292 ABŞ dollarına çatıb.
Əsas kriptovalyuta 892 milyard ABŞ dollarlıq kapitallaşma ilə bazarın 43,8 %-nə sahibdir. Bu, hələ də bu ilin aprelində qeydə alınan 1,2 trilyon ABŞ dollarlıq tarixi maksimumdan xeyli aşağıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay