Xəbər
16.08.2021 / 12:48
Azərbaycanda 5 bankın nizamnamə kapitalı kəskin artıb
17041
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu il iyulun 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” (1 241,287 milyon manat), “Yelo Bank” (378 milyon manat), “Xalq Bank” (364,773 milyon manat), “PAŞA Bank” (354,512 milyon manat) və “Bank VTB Azərbaycan” (315,815 milyon manat) ASC-lərdir.
Qalan 21 bankdan 2-də nizamnamə kapitalı 200-300 milyon manat arasında, 5 bankda 100-200 milyon manat arasında, 10 bankda 50-100 milyon manat arasında, 3 bankda minimum tələbə uyğun – 50 milyon manat, 1 bankda isə 10 milyon manatdan azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay