Xəbər
11.08.2021 / 17:19
Azərbaycanda 8 bankın depozit portfeli azalıb
16876
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu il aprelin 1-nə depozit portfeli illik müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Yelo Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC və Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “AFB Bank”da (76,9%), ən az azalma isə “Azər-Türk Bank”da (1,1%) qeydə alınıb.
Qalan 18 bankın isə depozit portfeli artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (58,6%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (1%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay