Xəbər
10.08.2021 / 10:38
Azərbaycanda 17 bankın öhdəlikləri artıb
16788
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-nun bu il iyulun 1-nə öhdəlikləri illik müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Premium Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Avrasiya”, “Yelo Bank”, “Rabitəbank” və “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma Pakistan bankında (67,6%), ən az azalma isə “Azər-Türk Bank”da (1%) qeydə alınıb.
Qalan 17 bankın isə öhdəlikləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan”da (35,6%), ən aşağı dinamika isə “Bank BTB” ASC-də (1,3%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay