Xəbər
06.08.2021 / 14:34
Banklara 148 milyon manata yaxın vəsait ödənməlidir – Fonddan açıqlama
16684
2020-ci ilin sonuna olan məlumata görə, Əmanətlərin Sığortalanması Fondu ləğvetmə prosesində olan banklara 148 milyon manata yaxın vəsait ödəməlidir.
Valyuta.az Marja.az-a istinadən xəbər verir ki, 31 Dekabr 2020-ci il tarixində Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödənişləri üzrə öhdəlikləri 147 milyon 771 min manat təşkil edib. Bu öhdəliklər ləğvetmə prosesində olan banklara ödəniləcək vəsaitləri əks etdirir.
Fond 2020-ci il ərzində 681 milyon 158 min manat kompensasiya ödəyib.
Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin əsas məqsədi banklar ödəmə qabiliyyətini itirdikdə əhalinin və fərdi sahibkarların itkilərini kompensasiya etməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay