BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
16641

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnsan resursları və Elektron sənəd dövriyyəsi sistemlərinin yaradılması və veb saytın yenilənməsi məqsədilə elan olunmuş tenderin qalibi açıqlanıb. 

Valyuta.az xəbər verir ki, Milli Depozit Mərkəzi tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib və açıq tenderin qalibi  "CASPEL" MMC olub.

MDM qalibə 25 min 960 manat ödəyəcək.

Şirkətin İnternet saytında qeyd olunur ki, “CASPEL” Azərbaycan Respublikasının ərazisində informasiya texnologiyaları və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət məlumatların ötürülməsi üzrə həll variantlarını, proqram təminatının işlənib hazırlanmasını, İT avadanlıqları və kompüterlərin istehsalı ilə məşğul olan dünyanın qabaqcıl şirkətlərindən müasir avadanlıqların təchizini və servis xidmətini təqdim edir.

Diqqətə çatdıraq ki, şirkətin qanuni təmsilçisi Quluyev Ceyhun Məhi oğludur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən vergi uçotuna alınıb. 

İnternet resurslarında qısa araşdırma zamanı şirkətin 2011-ci ildə keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin adına rəsmiləşdirildiyi aydın oldu. 

“CASPEL” MMC yarandığı ildən “CASPEL” MMC bir çox kassa əməliyyatına qədər dövlət satınalmalarında iştirak edərək çoxsaylı tenderlərdən qalib ayrılıb. 2011-ci ildə keçirdiyi kassa tenderi əməliyyatlarından sonra sifarişləri getdikcə artıb. Əsas alıcısı isə əlbəttə, Vergilər Nazirliyi idi. Məsələn, təkcə 2014-cü ildə Vergilər Nazirliyi Vergilər Nazirliyi 11 mln. 273,2 min manat məbləğində informasiya-kommunikasiya xidməti alıb. Həmin məbləğin böyük hissəsi məhz “CASPEL” MMC-nin payına düşüb: 5 mln. 747 min manat.

2015-ci ildə keçmiş Vergilər Nazirliyi “CASPEL” MMC ilə “195" Çağrı Mərkəzi sisteminin avadanlıqlarına texniki xidmətin göstərilməsi üçün 64 900 manat, Giriş-Çıxış Access Control sistemlərinə, səs avadanlıqları və konfrans sistemlərinə, müşahidə, yanğın və siqnalxəbərverici sistemlərinə texniki xidmətin göstərilməsi üçün 174 085 manat, Zərif müştərilərə (elektron disksiz qurğulara), zərif müştəri serverlərinə, məlumat saxlama avadanlıqlarına, UPS-lərə, printerlərə və digər korporativ şəbəkə və server avadanlıqlarına (Exchange, TMG, Legalands, Spam, Antivirus, Message, Backup serverlər) texniki xidmətin göstərilməsi üçün 365 003 manat, AVİS ehtiyat sisteminin avadanlıqlarına, elektron vergi hesab-faktura xidmətini təmin edən avadanlıqlara, ”SunServerləri"nə texniki xidmətin göstərilməsi üçün 678 429 manat, İskratel ATS-ə texniki xidmətin, ümumi kompüter şəbəkəsinə rabitə xidmətinin, korporativ rabitə şəbəkəsinə telefon və kommunikasiya xidmətinin göstərilməsi üçün 896 658 manat və Oracle proqram təminatına illik dəstəyin göstərilməs üçün 300 000, “Texniki və Akis sistemi avadanlıqlarının, proqram təminatlarının, kabel çəkilişinin və quraşdırma işlərinin yerinə yetirilməsi”nin satın alınması üçün 579 129,99 manat, kartriclərin satın alınması məqsədi ilə 99 844,52 dəyərində müqavilə imzalayıb.

2017-ci il də kifayət qədər bol olan qalibiyyətli tenderlərdə şirkətin sifarişçiləri arasında Vergilər Nazirliyindən əlavə, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sərhəd Xidməti, Hesablama Palatası, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər böyük qurumlar olub.

Ziya İkramlı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Planetin ən təmiz havası bu bölgədədir – Səbəbi bəlli oldu

Neftin qiyməti 130 dollara qalxa bilər - Səbəb nədir?

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Elektromobillər və BOEM: Azərbaycan gələcəyə doğru “stavka" edir

Yemək və içki həvəskarları üçün Avropanın ən yaxşı şəhərləri (SİYAHI)

Tək səyahət etmək istəyən turistlər üçün 10 qızıl qayda (SİYAHI)

Rusiya əleyhinə sanksiyalar nə qədər davam edəcək? - İqtisadçının təxmini

Maliyyə Nazirliyi rusiyalılara 2024-cü ildə qənaətin yollarını öyrədir

Rusiya qazının avropalı alıcıları siyahısında lider dəyişib

İcra hakimiyyətinin tenderində qanun pozuntusu

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Gömrük Komitəsi “Bion Medical”a protokol yazdı

70 dezinformasiya mənbəyi - Kreml Ukraynaya yardımı zəiflətmək üçün nə edir?

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Bakı Baş Səhiyyə Mərkəzi" cərimələndi

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Aİ ABŞ-ı Rusiyanın aktivlərini əlindən almaq istəməsinə görə qınadı

"Kəpəz İnşaat M" məhkəmə qarşısında

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin