Xəbər
02.08.2021 / 10:15
Azərbaycanda 10 bankın aktivləri azalıb
16362
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 10-nun bu il iyulun 1-nə aktivləri illik müqayisədə az olub.
Valyuta.az Renkinq.az-a istinadən xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Premium Bank”, “Bank BTB”, “Bank Avrasiya”, “Yelo Bank”, “Azərbaycan Sənaye Bankı”, “Rabitəbank”, “AFB Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC, Pakistan Milli Bankının Bakı filialıdır.
Ən çox azalma “AFB Bank”da (54,8%), ən az azalma isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.
Qalan 16 bankın aktivləri artıb. Ən yüksək dinamika “Zıraat Bank Azərbaycan” ASC-də (27,4%), ən aşağı dinamika isə “Xalq Bank” ASC-də (2,5%) qeydə alınıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay