Xəbər
30.07.2021 / 14:14
Mərkəzi Bank Oqtay Əsədovun qardaşını məhkəməyə verdi
16324
Azərbaycan Mərkəzi Bankı ipoteka müqaviləsi üzrə mübahisələrlə bağlı məhkəməyə müraciət edib.
Valyuta.az xəbər verir ki, Unikal.org bu barədə məlumat əldə edib.
Məlumata görə, Mərkəzi Bank "Evint" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Şərq-Era" Mənzil-tikinti kooperativinə qarşı iddia qaldırıb.
Bakı Apellyasiya Məhkəməsinə göndərilən işə hakim Vidadi Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmə prosesində Əmanətlərin Sığortalanması Fondu maraqlı şəxs qismində çıxış edəcək.
Qeyd edək ki, "Evint" MMC 2001-ci ilin sentyabrında qeydiyyatdan keçib, qanuni təmsilçisi Milli Məclisin sabiq sədri Oqtay Əsədovun qardaşı Nazim Sabir oğlu Əsədovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay