BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
16292

Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını bu gün verəcək. Faiz qərarı saat 12:00 radələrində ictimaiyyətə açıqlanacaq.

Valyuta.az-ın veridiyi xəbərə görə, növbəti qərar AMB-nin 2021-ci ildə faiz dəhlizinin parametrlərinə dair 5-ci qərarı olacaq. Qurum bu il faiz dəhlizinin parametrlərinə dair 8 dəfə qərar nəzərdə tutur.

Qeyd edək ki, 2021-ci ilin ötən dövründə keçirilmiş 4 iclasda Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin dəyişməz saxlanılması haqqında qərarlar qəbul edib.

29 yanvar 2021-ci il

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

19 mart 2021-ci il

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

30 aprel 2021-ci il

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

18 iyun 2021-ci il

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib. Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılıb.

Koronavirus pandemiyasının davam etməsi, inflyasiyanın istiqamətinə dair qeyri-müəyyənliklər Mərkəzi Bankın 2021-ci ildə gözləmə mövqeyi tutmasına səbəb olub.

Qurumdan bildirilib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya hədəfinə nail olunması vəziyyəti, inflyasiya gözləntiləri, xarici və daxili risklərin dəyişiminin təsirləri nəzərə alınmaqla qəbul ediləcək.

Ötən dövrdə dünya bazarlarında neftin qiymətinin bahalaşması davam edib, Azərbaycanda iqtisadi artım sürətlənib, ixrac idxalı üstələdiyindən tədiyə balansı yaxşılaşıb. İnflyasiyanı artırıran faktorların rolu yüksəlsədə 2021-ci ilin 6 ayında inflyasiya 4,3% təşkil edib, bu Mərkəzi Bankın hədəfi (4±2% yəni 2% - 6 % civarı) çərçivəsindədir.

Lakin qeyd edilməlidir ki, ötən ilin 2,7-3% civarında dəyişən illik inflyasiya 2021-ci ilin əvvəlindən bəri yüksəlir.

Mərkəzi Bank iqtisadi artımın və uyğun olaraq məcmu tələbin bərpası prosesinin qısa və ortamüddətli perspektivdə əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözləmir. Qiymətləndirmələrə görə ilin qalan dövründə monetar amillərin inflyasiyaya artırıcı təsiri əhəmiyyətli olmayacaqdır. Tədiyə balansının yaxşılaşması valyuta bazarında sabitliyi möhkəmləndirməklə xarici və daxili xərc amillərinin, xüsusilə də dünya ərzaq bazarında bahalaşmanın inflyasiyaya artırıcı təsirlərini neytrallaşdırır.

Qısası, bu dəfə də Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edə bilər.

Rövşən Ziya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay ®

Azərbaycan startapı ən yaxşı startaplar siyahısında

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

“Azərbaycan Sənaye Bankı”nın mənfəəti azalıb, 10 milyon depozit itirib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin