Azərbaycanda bank sektorunun aktivləri nə qədər artıb? - AMB
Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 069,9 milyon manat təşkil edib.
Bu barədə Valyuta.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.
Bu göstərici ötən il iyulun 1-i ilə müqayisədə 8,3% çoxdur.
Bankların aktivlərinin 13 657,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,1% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,1%-dən 41,3%-ə düşüb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 8,8% artaraq 28 220,1 milyon manata, o cümlədən depozit portfeli 14,15% artaraq 22 125 milyon manata çatıb. Bunun 8 270,7 milyon manatı fiziki, 13 854,3 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,9%, şirkətlərin banklardakı vəsaitləri isə 17,5% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə təxminən 3% azalaraq 371,1 milyon manat olub.
Sektorun balans kapitalı isə 5,4% artaraq 4 849,8 milyon manat təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay