Xəbər
17.07.2021 / 15:46
Bu il Azərbaycanda hansı ərazilər seysmik cəhətdən aktiv olub? - HESABAT
15845
Bu ilin 6 ayı ərzində Azərbaycan ərazisində maqnitudası 3-dən yuxarı olan zəlzələlərin sayı 36 olub.
Valyuta.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin 6 aylıq hesabatında yer alıb.
Hesabatda vurğulanıb ki, qeydə alınan palçıq vulkanlarından sonuncusu iyulun 4-də Daşlı adasında baş verən palçıq vulkanı olub ki, həmin vukanda püskürmənin hündürlüyü 500 metrə çatıb.
2021-ci ilin I yarısında Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən zonasında seysmiklik zəif olub. Şamaxı-İsmayıllı, Talış və Qusar-Quba zonalarında aktivlik yüksək olub. Ağstafa və Şahbuz ərazilərində də seysmikliyin yüksək olması müşahidə olunub.
Kiçik Qafqazda, Xəzər dənizində, İran və Türkiyə sərhədində isə seysmiklik zəif olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay