Xəbər
17.07.2021 / 11:27
Bələdiyyə sədrindən şikayət edən şəxsin müraciəti təmin edildi - VİDEO
15802
Füzuli rayonu, Mirzənağılı kənd sakini Baxşalıyev Yaşar Baxış oğlu Qazaxlar kənd bələdiyyəsinin sədrinin ondan torpaq sahəsinin özəlləşməsi üçün dövlət rüsumu olaraq 500 manat pul alması, özəlləşmə prosesinin ləngiməsi ilə bağlı Füzuli rayon prokurorluğuna müraciət edib.
Bu barədə Valyuta.az-a Baş Prokurorluqdan məlumat verilib.
Belə ki, araşdırma nəticəsində məsələ müsbət həllini tapıb və Y.Baxşalıyevin müraciəti təmin olunub.
Vətəndaş Yaşar Baxşalıyev prokurorluğun sosial şəbəkə hesabına çəkdiyi videonu göndərərək ictimailəşdirilməsini xahiş edib.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx #sözvətəndaşda həştəqi ilə ictimaiyyətə təqdim olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay