BAKU Azərbaycan
17.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8152
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1198
15541

Ali məktəblərə qəbul nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib.

Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, valideynlər bu məsələdə son dərəcə diqqətli olmalıdır:

“İlk növbədə qeyd etmək istəyirəm ki, hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayı 40 minə yaxındır. Onlardan 21 mini qardaş Türkiyədə, 8 mini Ukraynada, 6 mindən çoxu Rusiya, Gürcüstan universitetlərində təhsil alır”. 

Onun sözlərinə görə, xarici ölkələrdə təhsil almaq üçün gedənləri əsasən bir neçə qrupa bölmək olar:

“Birincisi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladıqları balla burada ali məktəblərə qəbul ola bilməyənlərdir. Bunların sayı hədsiz dərəcədə çoxdur. Bu kateqoriyaya aid olan şəxslər daha çox Ukrayna, Rusiya, Dərbənd, Dağıstan, Gürcüstan kimi ərazilərin universitetlərində təhsil almağa üstünlük verirlər. Səbəb isə odur ki, bu universitetlərdə hətta prestijli ixtisaslarda təhsil alsalar belə, qeyri-qanuni yollarla təhsillərini başa vura biləcəklər. Bu ölkələrdə təhsil almağa gedənlərin əksəriyyəti hüquq, maliyyə-iqtisadiyyat kimi ixtisaslara üstünlük verir”.

Ekspert qeyd edib ki, ikinci kateqoriyanı o şəxslər təşkil edir ki, onlar Azərbaycanda ali məktəblərə qəbul olurlar, amma aldıqları təhsil onları qane etmir: 

“Ona görə də daha yüksək səviyyədə təhsil almaq üçün xarici ölkələrə üz tuturlar. Müəyyən şəxlər də var ki, ali təhsil almaq istəyir, amma Azərbaycanda təhsil haqları yüksək olduğu üçün daha ucuz təhsil haqqı olan ölkələrə gedirlər. Bu şəxslər daha çox Türkiyə, Macarıstan və digər Avropa ölkələrinin univerisitetlərinə üz tuturlar və seçdikləri ixtisaslar tibb, komputer və ya informasiya texnologiyaları, nano texnologiya kimi ixtisaslar olur”.

K.Əsədov vurğulayıb ki, üçüncü kateqoriyanı isə Azərbaycan Respublikası Prezidentinin 2007-2015-ci illəri əhatə edən Xaricdə təhsil Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil almağa gedənlər təşkil edir: 

“Bu proqram çərçivəsində daha çox Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədi güdülür. Xaricdə Təhsil proqramı ilə gənclərin seçdiyi prioritet ixtisaslar: Beynəlxalq münasibətlər, Tibb, Baytarlıq, Kənd təsərrüfatı, Mühəndislik, Yüksək texnologiyalar, Qədim dillər ixtisasları əhatə edir".

Ekspert vurğulayıb ki, hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır:

"Bu, bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Belə ki, lisenziya müddəti bitmiş və akreditasiyası olmayan universitetlərə qəbul həyata keçirilir. Ona görə də valideynlər yalnız xaricdə təhsillə bağlı mütəxəsislərə müraciət etməlidirlər. Bilməlidirlər ki, övladlarını Türkiyəyə qiyabi təhsil almağa göndərirlərsə, onun diplomu birmənalı olaraq tanınmayacaq, çünki Türkiyədə qiyabi təhsil yoxdur. Bundan başqa tələbələr oxumağa getdikləri ölkədə qiyabi təhsil alacaqlarsa, azı 15 gün, əyani təhsil alacaqlarsa, 90 gün semestr ərzində o ölkənin ərazisində olmalıdırlar".

Onun fikrincə, hər bir xarici ölkəyə oxumağa gedən şəxs enic-naric sistemində o universitetin olub olmamasını yoxlamalıdır: 

“Bunlarla yanaşı xarici ölkələrdə oxumağa gedənlər o ölkənin dilini və tədris dilini bilmirlər ki, bu da sonradan onların diplomlarının tanınması zamanı maneəyə səbəb olur. Məhz DİM-in keçridiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər".

Kamran Əsədov həmçinin əlavə edib ki, bu gün xaricdə təhsillə bağlı həddən çox şirkət fəaliyyət göstərir və onların heç birinin lisenziyası yoxdur:

"Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb. Vacib bir qeydi deyim ki, ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbətdə ki, bu, hüquq pozuntsu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də, istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Ingenuity” Marsdan son mesajını göndərdi

“Azəri Med” gömrük qaydalarını pozmaqda ittiham edilir

“Boston Dynamics” Atlas insanabənzər robotlarını təqaüdə göndərir (VİDEO)

Yağlarla bağlı istənilən ekspertizaya getməyə hazıram - Sədrdən açıqlama

UEFA “Barselona” klubunu cərimələyib

Bakı Şəhəri Üzrə Təhsil İdarəsinə protokol yazıldı

“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib

"AzTrans Car" cərimə edilə bilər – 300 minə yaxın borcu var

Ukrayna müsadirə edilmiş Rusiya aktivlərini hara xərcləmək istəyir?

Gömrük komitəsi daha bir şirkətə protokol yazdı

Balinalarla danışmaq mümkün ola bilər

"Huawei" eyni vaxtda 4 bahalı və güclü "Pura 70" smartfonunu təqdim etdi

AstraZeneca diabet dərmanı ilə bağlı İstintaq Komitəsinə müraciət etdi

“Nurgün Motors”a qarşı iddia

Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub

Fermerlərə verilən güzəştli kreditlərin məbləği artıb

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Vüqar Qurbanovdan yeni təyinat (FOTO)

Hansı növ unların tərkibi dəmirlə zənginləşdirilməlidir? (ŞƏRH)

Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? - Siyahı

Dövlət İmtahan Mərkəzi 201 min manatlıq yemək alır

Azərbaycan at ətini hansı ölkələrə ixrac edir?

ABŞ "istənilən Çin şirkətinə" qarşı sanksiya elan etdi

Avropa Rusiyadan tədarüklər hesabına qaz istehlakını rekord həddə çatdırıb

19 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Kredit götürüb soğan əkdi, 200 ton məhsulu sata bilmədi, 70 min manat ziyana düşdü (FOTO)

Elçin Zeynalov Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib (FOTO)

ASK öz törəmə şirkətini məhkəməyə verdi

Vergi ödəyicilərinin nəzərinə - (VİDEO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin