Bu il su ehtiyatı ötən ilkindən çoxdur - "Azərsu"
"Azərsu" ASC-nin içməli su mənbələrində kifayət qədər içməli su var.
Valyuta.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O, bildirib ki, bu il su ehtiyatı ötən ilkindən çoxdur. Ötən il daha quraq il olmuşdu.
"Həm "Ceyranbatan", həm "Xanbulançay", həm "Şəmkirçay", həm də "Mingəçevir" su anbarında kifayət qədər su ehtiyatı var. Eyni zamanda bizim yeraltı mənbələrimiz, digər drenaj, artezian-subartezian qurğularımız, Oğuz-Qəbələ su kəmərini qidalandıran Oğuz su quyularının hamısında su normaldır. Düşünürük ki, bu yay aylarında əhalinin içməli su təminatı ilə bağlı heç bir çətinlik olmayacaq. Bu anbarlardan götürülən suyun həcmi də Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi ilə razılaşdırılıb. Bu razılıq əsasında tələbatlara uyğun olaraq həmin su anbarlarından, mənbələrdən də su götürülür".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay