Ölkədə bank sektorunun qeyri-faiz zərəri mayda kəskin azalıb
Bu ilin may ayında Azərbaycanın bank sektorunun iştirakçıları 78,5 mln. manat məbləğində xalis mənfəət əldə ediblər.
Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan bildirilib.
Bu göstərici aprel ayı ilə müqayisədə 71% çoxdur. Bankların əməliyyat mənfəətinin əsasını xalis faiz gəlirləri təşkil edib. Belə ki, mayda bankların xalis faiz gəlirləri cəmi 0,7% artaraq 125,4 mln. manat olub (apreldə bu göstərici ümumiyyətlə dəyişməmişdi – red.), xalis qeyri-faiz zərəri isə 2,8 dəfə azalaraq 15,8 mln. manat təşkil edib.
Beləliklə, may ayında bank sektorunun əməliyyat mənfəəti qeyri-faiz zərərinin azalması hesabına 35,6% artaraq 109,6 mln. manata bərabər olub.
Qeyd edək ki, hesabat ayında bank sektorunun mənfəətdən vergiləri 36,3% azalaraq 7,2 mln. manat təşkil edib, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmaları isə 23,9 mln. manat artırılıb və 87,5 mln. manata çatdırılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay