Xəbər
24.06.2021 / 17:28
Bu il dövlət xətti ilə 170 milyon manatdan çox ipoteka krediti verilib
14544
Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 170,6 milyon manat ipoteka krediti verilib.
Valyuta.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8,95 dəfə artaraq 112,7 milyon manat olub.
Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait dəyişməyərək 55 milyon manat qalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 52,9% və yaxud 2,1 dəfə azalaraq 35,6 milyon manata düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay