Ödəniş kartlarının ümumi sayı 9 milyon ədədi keçdi
Bank sistemi üzrə may ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 74 min ədəd artaraq 9 milyon 972 min ədəd təşkil edib.
Bu barədə Valyuta.az-a Mərkəzi Bankdan bildirilib.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18% artıb.
Ödəniş kartlarında artım debet kartları üzrə 16%, kredit kartları üzrə 30% təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 272 min, sosial kartlar 73 min, kredit kartları 269 min, digər kartlar isə 887 min ədəd artıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin 5 ayı ilə müqayisədə 55% artıb. 2021-ci ilin 5 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3489 mln. manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 1846 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1437 mln. manatı POS-terminallar, 206 mln. manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. May ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 28%-ni təşkil edib.
Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin may ayının sonu ilə müqayisədə bankomatların sayı 9%, POS-terminalların sayı 8.4% artıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay