Xəbər
24.06.2021 / 16:28
Bankların manatla pul kütləsi 723.1 milyon manat artıb
14536
Bu ilin may ayı üzrə manatla geniş mənada pul kütləsi (M2) 723.1 milyon manat artaraq 21 milyard 612.5 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, dövr ərzində geniş mənada pul kütləsi (M3) isə 703.1 mln. manat artaraq 30 milyard 457 milyon manat olub.
Bank sektorunun xarici öhdəlikləri 85.6 milyon manat artaraq 1 milyard 165.1 milyon manat (685 mln. ABŞ dollar ekvivalenti) təşkil edib.
Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik qeyri-rezident hüquqi şəxslərin cari hesablarındakı artımla əlaqədardır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay