Xəbər
23.06.2021 / 15:49
Mərkəzi Bank 100 milyon manatlıq hərrac keçirdi
14449
İyunun 23-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankın (AMB) 50102490S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Valyuta.az-a bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76 faiz) olan 29 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 868 milyon 295 min 900 manat olub.
AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat olub. Notlar iyulun 21-də ödəniləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay