BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
14446

“Qlobal iqlim şəraiti pisləşir, orta temperatur artır və su qıtlığı hər yerdə hiss olunur”.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini deyib ki, Azərbaycan su qıtlığından əziyyət çəkən ölkələr sırasındadır: 

“Məhz buna görə də Prezident İlham Əliyev 2020-ci il aprelin 15-də müvafiq dövlət strukturlarının nümayəndələrindən ibarət su məsələləri ilə məşğul olan Komissiya yaratdı və Komissiya dərhal fəaliyyətə başladı. Həmin il iyulun 27-də Prezident artıq müvafiq tədbirlər planı təsdiq etdi. O tədbirlər planı 2020-2021-ci illəri əhatə edirdi. Biz artıq bu ilin sonuna qədər gördüyümüz işlərlə bağlı hesabatlar hazırlayacağıq ki, hansı tədbirlər davam edəcək”. 

Baş nazir müavini, nəticələrin əldə olunacağından əmin olduğunu dilə gətirib: 

“Mən bir məqamı vurğulamaq istəyərdim. Bu il keçən ildən də az su gəlir. Kür çayına baxsaq, may ayında Kür çayının əsas gursulu dövrü hesab olunur. May ayında qar əriyir, yağışlar olur. Keçən ilə nisbətən bu il Kür çayına 18 faiz az su daxil oldu. Digər çaylarda da su az oldu. Bu il Araz çayına da gələn su keçən illə müqayisədə dəfələrlə azdır. Buna baxmayaraq, müvafiq tədbirlər həyata keçirildi, qış fəslində sudan səmərəli istifadə sahəsində işlər görüldü. Optimal rejim müəyyən olundu, gündəlik nəzarət təmin edildi. Bunun hesabına əgər bizim keçən il 2,6 milyard kubmetr faydalı su həcmimiz vardısa, bu il may ayının əvvəlinə artıq faydalı su həcmini 4,8 milyard kubmetrə qaldırdıq”.

Şahin Mustafayev, buna təkcə idarəetmənin təkmilləşdirilməsi və nəzarət hesabına nail olduqlarını diqqətə çatdırıb:

“Bu, bizə imkan verdi ki, artıq may ayında əsas su arteriyalarından - Yuxarı Qarabağ kanalından saniyədə 113 kubmetr su buraxaq, keçən il isə saniyədə 50 kubmetr buraxa bilirdik, Yuxarı Şirvan kanalından 30 kubmetr əvəzinə 70 kubmetr su buraxdıq. Kür çayının məcrası ilə də təxminən saniyədə 130 kubmetr su buraxdıq. Bu da keçən illə müqayisədə əhəmiyyətli dərəcədə artıqdır. Görülən işlər bizə hələ iyun ayında da artıq su buraxmağa imkan verir. İyun ayında keçən illə müqayisədə təxminən 25 faiz artıq su buraxırıq. İnanırıq ki, sentyabr ayının sonuna qədər kənd təsərrüfatını lazım olan su ilə təmin edəcəyik”.

Bununla elə, Baş nazirin müavini vurğulayıb ki, davamlı su təminatı üçün tədbirlər planı tam icra olunmalıdır: 

“Yəni, əlavə su tutarları yaradılmalı, su ehtiyatları artırılmalı, sudan səmərəli istifadə olunmalıdır. Su itkilərin də azaldılması istiqamətində işlər görülməlidir. Eyni zamanla əsas su arteriyalarında təmir-bərpa işləri həyata keçirilməlidir. Bizim su kanallarının əksəriyyəti torpaqdandır, bunların hamısının üzlənməsi prosesi həyata keçirilməlidir. Eyni zamanda hər kəs sudan qənaətlə istifadə etməli, hətta məişətdə belə sudan qənaətlə istifadə olunmalıdır. “Su həyatdır” deyimi təsadüfi deyil. Azərbaycanın resursları da məhduddur, bu baxımdan qıtlıq var. Ona görə də hər kəs öz fəaliyyətində, məişətdə sudan qənaətlə istifadə etsə, bu da ümumi işin xeyrinədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin