BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
14435

“Geniş quruculuq işlərində su ən önəmli məsələlərdən biridir”.

Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ağdam şəhərində səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev bildirib.

Baş nazirin müavini qeyd edib ki, Prezident İlham Əliyev su ehtiyatlarından səmərəli istifadəyə böyük önəm verir: 

“Dövlət başçısının 2020-ci il aprelin 15-də yaratdığı Komissiyaya 2021-ci il aprelin 19-dan işğaldan azad olunan ərazilərdə də su ehtiyatlarından səmərəli istifadə məsələləri tapşırılıb. Eyni zamanda dövlət başçısı bütün işlərin görülməsində əlaqələndirmə amilinə çox böyük önəm verir. Bu məqsədlə keçən ilin noyabr ayında Prezident İlham Əliyev Əlaqələndirmə Qərargahı yaradıb. Su məsələləri ilə bağlı Komissiyaya isə Əlaqələndirmə Qərargahı ilə birlikdə su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatı obyektlərinin təmiri və bərpası, tikintisi, içməli və suvarma suyu ilə təchizat məsələləri tapşırılıb. Bugünkü səfərdə də məqsəd məhz işğaldan azad olunan ərazilərdə bu məsələlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır”.

Ş. Mustafayev deyib ki, işğaldan azad olunan ərazilərdə digər təbii resurslarla bərabər, kifayət qədər zəngin su resursları mövcuddur: 

“Təqribi hesablamalara görə, işğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetr su resursu var. Bu sudan səmərəli istifadə bizim tələbatı tam ödəməyə imkan verəcək”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, Prezident İlham Əliyev iyun ayının 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarına baş çəkərkən bəyan edib ki, ölkədəki su mənbələrinin xəritəsi hazırlanır: 

“Hazırda su mənbələrinin xəritəsi üzərində iş gedir. Çalışacağıq ki, qısa müddətdə bunun ilkin layihəsini hazırlayaq təqdim edək. Xəritə elektron formada hazırlanır və çox səmərəli bir sənədə çevriləcək. Biz bu xəritədən sudan səmərəli yararlanmaq üçün istifadə edəcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Messi və komanda yoldaşları Bakıya gəlir - Bilet qiymətləri

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin