BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
14420

“Mərkəz tərəfindən 2020-ci il ərzində ölkədə hökm sürən pandemiya ilə əlaqədar olaraq dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə (AA, AB və AC vəzifə qruplarına uyğun) 3 və B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) 3, cəmi 6 test imtahanı keçirilib”. 

Valyuta.az xəbər verir ki, bu sözlər DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin 2021-ci il 23 iyun tarixində Xalq qəzetində dərc olunmuş məqaləsində qeyd edilib.

M.Abbaszadə bildirib ki, test imtahanında iştirak etmiş 3530 namizəddən 1551-i (43,9%) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmək hüququ qazanıb:

“Namizədlər daha çox BB vəzifə qrupu üzrə (1212 sayda) uğur əldə etmişdir. Bu qrup üzrə uğur qazananlar arasında qadınlar üstünlük təşkil edir. İmtahanda iştirak edən namizədlər arasında AA vəzifə qrupu üzrə uğur göstəricisi 10%, AB vəzifə qrupu üzrə 5,6%, AC vəzifə qrupu üzrə 31,8%, BA vəzifə qrupu üzrə 33,6% və BB vəzifə qrupu üzrə 49,3% olub.

Dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında dövlət qulluqçuları uğur göstəricisinə görə üstünlük təşkil edir. Belə ki, hesabat dövrü ərzində test imtahanlarında iştirak edən 32 dövlət qulluqçusundan 18-i (56,25%) imtahanda müvəffəqiyyət qazanıb”. 

Onun sözlərinə görə, dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışan və test imtahanlarında iştirak edən 50 namizəddən cəmi 8-i (16%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplayıb: 

“Test imtahanlarında iştirak edən digər kateqoriyaya aid 93 namizəddən 25-i (26,88%) uğurlu nəticə göstərib. Dövlət qulluğuna qəbul üçün B növü – inzibati icraçı vəzifələr üzrə test imtahanlarında iştirak edən namizədlər arasında da dövlət qulluqçuları uğur göstəricisinə görə üstünlük təşkil edir. 

Belə ki, hesabat dövrü ərzində həmin kateqoriyaya aid test imtahanlarında iştirak edən 159 namizəddən 82-si (51,57%) imtahanda müvəffəqiyyət qazanıb. Dövlət orqanlarında müddətli əmək müqaviləsi əsasında çalışanlar B növü üzrə test imtahanlarında ən aşağı nəticəni göstərmiş, imtahanda iştirak edən 297 namizəddən yalnız 101-i (34%) sertifikat almaq üçün müəyyən edilmiş keçid balını toplayıb”. 

DİM sədri vurğulayıb ki, dövlət orqanlarında çalışmayan namizədlərin isə uğur göstəricisi dövlət qulluqçularının göstəricisinə yaxın olub və 51.28% təşkil edib:

“Dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanlarında iştirak edən namizədlər arasında uğur göstəricisinə görə dövlət qulluqçularının ən yüksək nəticəni göstərməsini bu kateqoriyadan olan şəxslərin dövlət orqanlarında çalışması, eyni zamanda, imtahanlara hazırlıq səviyyəsinin yüksək olması ilə əlaqələndirilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin