BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7825
  • RUB
    1.5962
  • TRY
    0.0489
  • GBP
    2.1496
14345

"Tam səmimi deyirəm, yanğın məsələsindən o qədər narahatıq və bu mövzuya o qədər həssasıq ki, hardasa yanğın baş verdikdə bu xəbəri ürək ağrısı ilə qəbul edirik və istəyirik ki, bu narahatlıq və həyəcan bütün vətəndaşlarımızda da olsun”.

Valyuta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliynin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova təəssüflə qeyd edib ki, yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi bir reallıqdır və qaçılmazdır: 

“Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq. Meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır. Bizlər də bu amansız alovun törədə biləcəyi fəsadlardan sığortalanmamışıq və yay mövsümü, qızmar hava şəraiti gələr-gəlməz, tikan üstündə dayanmış kimi, hamımız narahatlıq və həyəcan içində günlərimizi keçiririk. Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq”.

Nazirlik sözçüsü, bütün bunları nəzərə alaraq vətəndaşlara müraciət edib: 

“Sizdən xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Daha 408 sahibkar cərimələndi

Yarım milyon manatı mənimsəyən direktor nədən narazıdır?

“Bank Respublika”nın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb

Naxçıvan FHN “Azərmaş Park”dan 12 ədəd avtomobil alır - Məbləğ

Nazir direktoru vəzifəsindən azad etdi (FOTO)

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi - Son 10 ilin göstəriciləri

DGK yarım milyonluq qazanxana və istilik sistemi malları alır

Sabah dağlarda 10 dərəcə şaxta olacaq

İlkin Manafov 1 milyon manatı necə itirdi?

İlkin Manafov 1 milyon manatı necə itirdi?

Sabaha olan hava proqnozu

Ödəniş bazarı iştirakçıları gələn ildən auditdən keçməli olacaq

Bu ərazidə axşam saat 10-dan sonra maşın saxlaya bilərsiniz

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

“Bu itkilər mənə qiymətli bir dərs verdi: inam təkbaşına kifayət etmir” - Öyrədən səhvlər

İcarəyə verilən kiçik elektrik nəqliyyat vasitələrinə dair məlumatların siyahısı təsdiqlənib

Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdi

Dünyanın ən çox satılan telefonu bəlli oldu

Azərbaycana xaricdən pul köçürmələri 30% azalıb

Bu fermerlərə əkin subsidiyası veriləcək - Məbləğ

“Azərlizinq” ləğv olunur

Yaşayış evlərinin tikintisinə 1,6 milyard manat investisiya qoyulub

Bu xidmətlər üzrə keşbek tətbiq olunacaq

"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb

Yeni ili qeyd etmək üçün hansı restoranlar sərfəlidir? - QİYMƏTLƏR

Cənubi Koreyada kütləvi tətillər - Prezident üçün istefa tələbi

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Azərbaycandan xaricə satılan zəfəranın bir kiloqramı 2 min manatdan bahadır - Rəqəmlər

Evinin çıxarışı olmayanlara şad xəbər - Bu tarixdən veriləcək

Bu “iPhone”larda vatsap işləməyəcək

Agentlik bu şirkətdən biri 61 min manata 5 ədəd avtomobil alır

Bu ərazilərdə qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin