BAKU Azərbaycan
33.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Fövqəladə Hallar Nazirliyi bu gün ərzində bir neçə rayonda baş vermiş yanğın hadisələrinin səbəbləri ilə bağlı açıqlama yayıb.

FHN-dən Valyuta.az-a bildirilib ki, qurumun müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub. 

Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar Nazirliyin müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.

Nazirliyin qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir. Şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.

İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur.

Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. 

Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı artıb

Kənd Təsərrüfatı Nazirliyi “Ayın Fermeri” müsabiqəsini elan edir

Yardımlıda meşə yanır

Yardımlıda meşə yanır

Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyədir

Azərbaycanda daha 431 nəfər koronavirusa yoluxdu

Bərpa olunan enerji mənbələri əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Nazir proqnoz verdi: “AzerGold” 2035-ci ilədək 16 minə yaxın işçi cəlb edəcək

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 faiz azaldıb

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşdi

“Urals” neftinin qiyməti 60 faiz artıb

Sərhəddə müxtəlif adda dərman preparatları saxlanıldı

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Baş nazir qərar verdi: 20 ölkədən uçuşlara icazə verildi

Böyük Kəsik–Ağgöl yolunun tikintisinə 2,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

Bütün xəbərlər
-->