Xəbər
17.06.2021 / 06:30
Dollar sürətlə bahalaşır: qızıl isə ucuzlaşır
14062
ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sisteminin (FED) növbəti dəfə uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlaması dünya bazarında ABŞ dollarının möhkəmlənməsinə gətirib çıxarıb.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, bu məlumatın açıqlanmasından sonra dollar dünyanın digər valyutaları ilə müqayisədə möhkəmlənməyə başlayıb.
Belə ki, avronun ABŞ dollarına qarşı məzənnəsi 1,2124 USD/EUR səviyyəsindən 1,2043 USD/EUR-a kimi geriləyib. Dollar Yaponiya yeninə qarşı möhkəmlənib və 110,07 yenə çatıb.
COMEX-də qızılın bir unsiyasının qiyməti isə 1,02 % azalıb və 1837,6 ABŞ dolları olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay