BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) yumşaq inventar və xüsusi geyimlərin satın alınması üzrə elan etdiyi müsabiqənin qalibini açıqlayıb. 

Valyuta.az Hit.az-a istinadən xəbər verir ki, qalib şirkət “Koneks Consturction” MMC-dir. Satınalma müqaviləsinin maliyyə dəyəri 80 499.6 AZN-dir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşən MMC-nin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğludur. 

Açıq mənbələrdə Vahid Osmanlı barəsində hər hansı məlumat yoxdur. “Koneks Constructions” MMC-yə gəlincə, şirkət bundan əvvəl də tenderlərdə iştirak edib. 

MMC 25 fevral 2021-ci il tarixdə Bakı Dövlət Universiteti ilə 172 601.81 AZN,  martın 12-də 155 257.04 AZN, may ayında isə Nəsimi rayon MKTB ilə 202 379. 50 AZN dəyərində satınalma müaviləsi imzalayıb. Mediada gedən məlumatlara görə, həmin vaxt şirkətin 904 AZN vergi borcu olub. “Dövlət Satınalmaları haqqında” qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma hansısa səbəbdən bu qanun “Koneks Construction” MMC-yə aid edilməyib. 

Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən tikinti sektorunda fəaliyyət göstərir. Təsərrüfat malları, dəftərxana ləvazimatları, xüsusi geyimlərin satışı ilə məşğul olan və 2019-cu ildə yaradıldığı qeyd edilən şirkətin 2016-cı ildən inşaat sektorunda necə fəaliyyətdə olması maraq doğurur.

Son xəbərlər

Avropa zavodlarında işəgötürmə tempi rekord səviyyəyədir

Bərpa olunan enerji mənbələri əməkdaşlıq üçün perspektivli sahədir - Nazirlik

Nazir proqnoz verdi: “AzerGold” 2035-ci ilədək 16 minə yaxın işçi cəlb edəcək

Mayda STAR neft emalı zavodu xam neft idxalını 14 faiz azaldıb

Gürcüstanda epidemioloji vəziyyət kəskinləşdi

“Urals” neftinin qiyməti 60 faiz artıb

Sərhəddə müxtəlif adda dərman preparatları saxlanıldı

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Baş nazir qərar verdi: 20 ölkədən uçuşlara icazə verildi

Böyük Kəsik–Ağgöl yolunun tikintisinə 2,2 milyon manat ayrıldı – SƏRƏNCAM

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - AÇIQLAMA

Rusiya neftin ixracını 8% azaldıb

Deputatlar Eldəniz Səlimovla bağlı yekdil rəy verdilər - SİYAHI

41 ildir istismar edilən lift təhlükə saçır - FOTO

Bütün xəbərlər
-->