Azərbaycandan xaricə nə qədər pul köçürülüb? - SİYAHI AÇIQLANDI
Azərbaycandan xaricə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi və ölkələrin siyahısı açıqlanıb.
Mərkəzi Bankdan Valyuta.az-a verilən məlumata əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycandan 122 milyon dollara yaxın vəsait xaricə köçürülüb. Bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azdır.
Bu dövr ərzində Azərbaycandan ən çox Türkiyəyə - 33,5 milyon dollar dəyərində pul vəsaiti köçürülüb. Bu isə ötən ilin eyni dövrü ilə (illik) müqayisədə 27 faiz çoxdur.
İkinci isə Rusiya Federasiyasına - 25,9 milyon dollar pul vəsaiti köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azdır. Gürcüstana isə pul köçürmələrinin həcmi artıb.
İlin birinci rübündə ölkəyə 16,6 milyon dollar vəsait köçürüb, bu da illik müqayisədə 2,1 dəfə çox pul transferti deməkdir.
Aşağıdakı infoqrafikada Azərbaycandan xaricə köçürülmüş pul baratlarının ölkələr üzrə məbləği və ötən ilin eyni dövrü ilə müqayisədə artım və azalma səviyyəsi əks olunub:
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay