BAKU Azərbaycan
18.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
13869

Bu ilin I rübündə Rusiyadakı fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələri $119,947 milyon təşkil edib. 

Mərkəzi Bankdan bu barədə Valyuta.az-a bildirilib ki, ötən ilin yanvar-mart aylarında fiziki şəxslər Rusiyadan Azərbaycana $95,228 milyon vəsait köçürüblər. Beləliklə, 2021-ci ilin I rübündə Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 26% artıb.

Cari ilin I rübündə Rusiya Azərbaycana pul köçürmələri həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb, xüsusi çəki 52,9% (2020-ci ilin yanvar-mart aylarında 50,7%) təşkil edib.

2021-ci ilin I rübündə Azərbaycana pul köçürmələrinin həcmi $226,641 milyon (artım 20,6%) təşkil edib.

Fiziki şəxslər tərəfindən Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($20,003 milyon, artım 11%), ABŞ ($11,867 milyon, artım 17,6%), Böyük Britaniya ($8,076 milyon, artım 48%) və Qazaxıstan ($8,004 milyon, azalma 1,5%) daxildir.

Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələrinin həcmi 0,3% - $121,952 milyona qədər azalıb.

Azərbaycandakı fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında ilk yeri Türkiyə tutub ($33,519 milyon, artım 27%). 2021-ci ilin yanvar-mart aylarında Azərbaycandan həyata keçirilən bütün pul köçürmələrinin 27,5%-i (2020-ci ilin I rübündə 21,6%-i) bu ölkənin payına düşüb.

Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin həcmi $25,948 milyon təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə 11,5% azdır.

Cari ilin I rübündə Azərbaycandan fiziki şəxslərin pul köçürmələri həyata keçirdiyi ölkələrin ilk beşliyinə Gürcüstan ($16,571 milyon, artım 2,1 dəfə), ABŞ ($9,407 milyon, azalma 9,4%) və Ukrayna da ($5,428 milyon, azalma 9,9%) daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qadağalar işə yaramadı: Avropa İttifaqında fil sümüyü ticarəti davam edir

"Apple" istifadəçilərin 14 ildir gözlədiyi proqramı təqdim edəcək

"Hermes Energy" Gömrük Məcəlləsini pozmaqda ittiham edilir

Bir neçə saniyəyə doldurula bilən batareya hazırlandı

Türkmənistan üzünü Qərbə tutur: Parisdə Britaniya ilə birgə tədbir

"Bank VTB" məhkəməyə verildi

Gözünü Ukraynaya dikmiş rus riteylərinə Avropada mağaza açmağa icazə verilmədi

Ən çox milyarderin yaşadığı 10 ölkə

MKT-ya 125 min vergi borcu hesablandı, şirkət məhkəməyə üz tutdu

Mask yeni "Tesla" fabriklərinin tikintisi ilə bağlı fikrini dəyişdi

Azərbaycanda yeni kollec yaradıldı

İcra hakimiyyəti ilə “Azpetrol”un benzin sövdələşməsi

Rusiya yaxın illərdə Çinə qazı endirimlə tədarük edəcək

Şərurlu İsfəndiyarın şirkəti yenidən məhkəmə qarşısında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Fransaya məxsus təyyarə Bakıya qəza enişi etdi

Avtomobil istehsalçısı smartfon buraxdı

Milli Məclis 893 minlik noutbuk və avadanlıq alır

“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir ®

Gələn il Bakıda Kosmik Texnologiyalar Konfransı keçiriləcək

QSC əmək hüquqlarını pozduğuna görə 20 min manat cərimələndi

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Sahibkarları regionlara investisiya yatırmağa necə təşviq etmək olar? (ŞƏRH)

Bu dərmanlara görə qoyulan qadağa aradan qaldırılır

Şuşaya köç başlayır - Tarix açıqlandı

Azərbaycanın sığorta bazarı 8% böyüyüb

"Hugo Boss" Rusiya biznesini satmaq üçün icazə aldı

Bağışlanma müqaviləsi nədir?

Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası ®

"Startap" şəhadətnaməsinin dublikatını almaq olurmu?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin