Azərbaycanın xidmətlər balansında kəskin kəsir yaranıb
2021-ci ilin I rübü üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 2,2 mlrd. ABŞ dolları təşkil edib.
Valyuta.az-ın Mərkəzi Bankın yaydığı hesabata istinadən verdiyi məlumata görə, bunun 1,5 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 0,7 mlrd. dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir.
Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 1% azalaraq 818,2 mln. dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 680,2 mln. dollar (7,2% artım) olub. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 138 mln. dollar (28,2% azalma) olub.
Qeyd edək ki, qarşılıqlı xidmətlər dövriyyəsinin 39,2%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 872,7 mln. dollar olan nəqliyyat xidmətlərinin 62%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədardır.
Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 540,9 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 331,8 mln. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı illik müqayisədə 39,6% artıb, idxalı isə 14,1% azalıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin I rübündə 91,7 mln. dollar olan kəsir 2021-ci ilin I rübündə 209,1 mln. dollarlıq profisitlə əvəzlənib.
Bundan əlavə, 2021-ci ilin I rübü üzrə qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 5 dəfə azalaraq 110,8 mln. dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (84,7 mln. dollar) ixracı (26,1 mln. dollar) üstələməsi nəticəsində 58,6 mln. dollar həcmində kəsir yaranıb.
Xatırladaq ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanın xidmətlər balansında 2,840 mlrd. dollarlıq kəsir yaranmışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay