Xəbər
14.06.2021 / 14:43
Azərbaycanın xalis maliyyə aktivlərində kəskin artım var – MƏRKƏZİ BANK
13850
2021-ci ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 524,4 ABŞ dolları artıb.
Valyuta.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (106,2 mln. dollar), portfel investisiyaları (76,2 mln. dollar) və digər investisiyalar (342 mln. dollar) hesabına formalaşıb.
Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 538,8 mln. dollar artıb, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (121,3 mln. dollar), neft bonusu (450,5 mln. dollar), portfel investisiyaları (-1,1 mln. dollar) və digər investisiyalar (-31,9 mln. mln. dollar) hesabına formalaşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay