Hərrac keçirildi: Tələb kəskin düşdü - MƏRKƏZİ BANK
10 iyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə Valyuta.Az-a Mərkəzi Bankdan bildirirlər.
Hərracda tələb 30.6 mln.ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşıb.
AMB-dən deyirlər ki, cari ilin fevral ayından başlayaraq valyuta hərraclarında, eləcə də valyuta bazarının nağd və qeyri-nağd seqmentlərində tələb əhəmiyyətli azalmaqdadır. Cari ilin II rübündə keçirilmiş 19 valyuta hərracının 18-də tələb təklifdən aşağı olub.
“Yaranmış meyllər dünyada COVID-19 virusuna qarşı uğurla həyata keçirilən vaksinasiya proqramları fonunda karantin məhdudiyyətlərinin yumşaldılması nəticəsində qlobal iqtisadi canlanma prosesinin sürətlənməsi, qlobal enerji bazarlarında neftin qiymətinin bərpası, ölkədə qeyri-neft ixracının artımı, gözləntilərin əhəmiyyətli yaxşılaşması və həyata keçirilən kontrtsiklik makroiqtisadi siyasətdən təsirlənir”, - deyə qeyd edilib.
AMB bildirib ki, hazırda hərraclarda Dövlət Neft Fondunun qrafikə uyğun satıla bilməyən vəsaiti 364 mln.ABŞ dolları təşkil edir. İlkin qiymətləndirmələrə görə 2021-ci ilin I rübündə ölkənin cari əməliyyatlar balansında ÜDM-in 5.6%-i həcmində profisit olub.
Qeyd olunan daxili və xarici amillərin mövcudluğu manatın məzənnəsinin sabitliyinin fundamental amillərlə bağlı olduğunu göstərir və valyuta bazarında tarazlığın qarşıdakı dövrdə də təmin olunacağını şərtləndirir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay