BAKU Azərbaycan
33.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0105
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0229
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3469

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtda dövlət mənzil fonduna aid binaların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Valyuta.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Star Construction-12" QSC-dir.

Qalib şirkətə 13,471 milyon manat ödəniləcək

Xatırladaq ki, bir qədər əvvəl Bakı meriyası paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri ilə bağlı elan etdiyi 16,56 milyon manatlıq digər tenderdə də "Star Construktion-12" QSC-ni qalib elan etmişdi.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Star Construktion-12” QSC 04 mart 2016-cı il tarixdə MMC kimi qeydiyyata alınıb. 2018-ci ildə isə təşkilati-hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-də yerləşir. QSC-nin qanuni təmsilçisi isə Bayramov Mirsahib Atamalı oğludur.

Mirsahib Bayramov keçmiş məmurdur. O, əvvəllər Bakı Şəhər Təhsil İdarəsində təchizat şöbəsinin rəisi vəzifəsində işləyib. Hazırda İqtisadiyyat naziri olan Mikayıl Cabbarov Təhsil naziri olduğu dövrdə Mirsahib Bayramovu vəzifəsindən azad edib. Məlumatlara görə, buna səbəb keçmiş şöbə rəisinin yarıtmaz fəaliyyəti olub.

Mirsahib Bayramov vəzifəsini itirdikdən sonra “Star Construktion-12”QSC-yə rəhbərlik etməyə başlayıb.

Son xəbərlər

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

Dövlət boş iş yerlərini açıqladı - 5000 AZN maaş (VİDEO)

“Pfizer” və “Moderna” Avropa üçün peyvənd qiymətlərini artırdı

Təhsil Nazirliyi V qrant müsabiqəsinin nəticələrini açıqladı

Azərbaycanda müştərilərə verilən kreditlərin həcmi açıqlandı

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları cüzi artıb

“Saudi Aramco” bitkoin mayninq edəcəyi ilə bağlı şayələri təkzib edib

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

11 saylı poliklinikada saxta COVİD-19 pasportu satılıb (Baş Prokurorluq/DİN)

IT sahəsində Azərbaycanla əməkdaşlıq ikitərəfli münasibətlərin prioritetidir - AÇIQLAMA

Rusiya neftin ixracını 8% azaldıb

Deputatlar Eldəniz Səlimovla bağlı yekdil rəy verdilər - SİYAHI

41 ildir istismar edilən lift təhlükə saçır - FOTO

Şəkinin bu iki kəndi razılığa gələ bilmir: Səbəbi isə çox maraqlıdır (FOTO/VİDEO)

Şəkinin bu iki kəndi razılığa gələ bilmir: Səbəbi isə çox maraqlıdır (FOTO/VİDEO)

ABŞ defolt astanasındadır - AÇIQLAMA

“AzerGold” ölkə iqtisadiyyatına cəlb etdiyi vəsaitin həcmini açıqladı

"S&P Global Ratings" Azərbaycanın bank sektorunu qiymətləndirib

Estoniyada koronavirusa qarşı burun spreyi yaradılıb

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi  nə zaman keçiriləcək? - DİM

Ötən ay Dövlət Neft Fondunun valyuta satışı nə qədər olub? - MƏBLƏĞ

Tağı Əhmədovun səhhəti pisləşib? - Özü açıqlama verdi

İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR VERDİ

İntizam komissiyası Eldəniz Səlimovla bağlı QƏRAR VERDİ

Bütün xəbərlər
-->