BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri paytaxt sakinlərinə müraciət edib.

BŞİH-dən Valyuta.az-a daxil olan müraciətdə bildirilir ki, Bakı Şəhər və rayonların İcra Hakimiyyətləri tərəfindən paytaxtın rayonlarında küçə və prospektlər boyunca yerləşən yaşayış binalarının eyvanlarında müxtəlif güllərlə bəzədilmiş dibçəklər yerləşdirilir.

Qeyd edilir ki, bununla əlaqədar paytaxt meriyası və rayon İcra Hakimiyyətləri sakinlərimizə müraciət edərək öz şəhərini sevən hər bir vətənpərvər insanı bina və həyətlərin yaşıllaşdırılması və bəzədilməsi işlərində fəal olmağa, paytaxtımızın gözəlliyinə öz töhfəsini verməyə çağırır.

“Qeyd olunmalıdır ki, bu mənzərəyə dünyanın bir çox şəhərlərində rast gəlmək olar. Sakinlər öz təşəbbüsləri ilə yaşadıqları binaların eyvanlarını müxtəlif rəng çalarlı gül-çiçəklərlə bəzəyirlər. Təcrübə göstərir ki, sakinlər bu təşəbbüslərdə fəal iştirak etdikdə işlər daha geniş vüsət alır. Hər bir sakin, onların ailə üzvləri eyvanlarında qoyulan dibçəklərdəki güllərə qulluq edib, onlara mütəmadi olaraq su verərsə güllər daha yaxşı inkişaf edərək əraziyə gözəllik verəcək.

Artıq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi və kommunal qurumlar tərəfindən gül dibçəklərinin binalara paylanmasına başlanılıb”, - deyə müraciətdə vurğulanır.

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->