BAKU Azərbaycan
25.03°C
  • 1 USD ABŞ dolları
    1.7000
  • 1 EUR Avro
    2.0507
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0223
  • 1 GBP İngiltərə funt sterlinqi
    2.3797

“2018-ci ildə qəbul edilən qərara əsasən, yaşıllıqların qeydiyyatı rayonlar üzrə icra hakimiyyəti orqanları tərəfindən aparılmalıdır. Bu qeydiyyatlar lazımi keyfiyyətdə aparılmır”.

Valyuta.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, icra hakimiyyəti orqanları tərəfindən tək-tək hallarda yaşıllıqlarla bağlı qeydiyyat aparılır:

“Nazirlik olaraq biz burada tənzimləyici, əlaqələndirici koordinasiya işini həyata keçiririk”.

Nazir müavini bildirib ki, paytaxt ərazisində hansısa bir köhnə binalar sökülürsə, orada yeni bina tikilən zaman yaşıllıqların qorunması ilə bağlı işlər görülür:

“Həmin ərazidən qəzalı vəziyyətdə olan ağaclar götürülübsə, əvəzinə daha çox sayda ağacın əkilməsi təmin edilir. Hər bir tikilən binanın ərazisində 25 faiz yaşıllıq olmalıdır. Yaşıllıqları qorumaq lazımdır, bizim işimiz də budur. Biz yaşıllıqların qorunması üçün əlimizdən gələni edirik, amma bir neqativ hal daha çox qınağa səbəb olur. Bu da düzgündür. İstəyirik ki, bizə də, ağacı da kəsənlərə də ictimai nəzarət olsun. Həmin nəzarət bizə ən böyük köməkdir”.

V.Kərimov əlavə edib ki, dövlət əhəmiyyətli tikililər olan zaman yolların genişləndirilməsində ağaclar götürülür:

“Biz oradan ağacların kəsilməsinə yox, köçürülməsinə üstünlük veririk. Yeni ərazilərdə bitmə şansı az olsa da, ağacların köçürülməsini təmin edirik. Yaşı 15, boyu üç metrə yaxın, gövdəsinin diametri 10-15 santimetrə çatan ağacları köçürürük və 75-80 faizin üzərində bizdə köçürülən ağaclar bitir”.

Son xəbərlər

Rusiya Azərbaycana təyyarə uçuşlarının sayını artıracaq

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Prezident səhiyyə işçilərinə fəxri adlar verdi - SƏRƏNCAM

Bu il Azərbaycana velosiped əsasən Çindən gəlib

Qobustanda fermerlərə yeni taxıl sortları nümayiş olunub - FOTO

Neft bazarında qiymət azalmasının sürəti zəifləyib

Mikayıl Cabbarov: "Azad edilmiş ərazilərdə 13 307 əmlak inventarlaşıb"

Mayda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi artıb

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib

Ağsu rayonunda barama tədarükü başa çatıb

“SOCAR Methanol” ötən ay istehsalı bərpa edib

Azərbaycan bu kəmərlə Ukraynaya qaz ixrac edə bilər

İdxal 6 faiz aşağı düşüb: İstehsal artıbmı? – İqtisadçıdan açıqlama

AİB Tacikistana üç il ərzində edəcəyi maddi yardımı məbləğini açıqladı

Təhsilverənin sertifikatlaşdırması iki mərhələdən ibarət olacaq

Nabranda meşədə baş verən yanğın söndürülüb

Ölkədə son sutkada neçə nəfərə vaksin vurulub? - Operativ Qərargah

Qobustanda toxumçu fermerlərə yeni yerli və xarici taxıl sortları nümayiş olundu - FOTOLAR

“Foreks”dən qazanan şəxs VÖEN əldə etməlidir - AÇIQLAMA

Antitel yaranmayan şəxslərə üçüncü doza vaksin vurula bilər - İşçi qrup

Bütün xəbərlər
-->