Xəbər
08.06.2021 / 13:03
Kredit ittifaqlarının yeni vəzifəsi müəyyənləşib
13489
Kredit ittifaqı hər il borcalan haqqında məlumatı ən azı bir kredit bürosuna və Mərkəzi Bankın müəyyən etdiyi qaydada Mərkəzi Bankda yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə təqdim etməlidir.
Valyuta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna təklif edilən yeni - 15.1-ci maddədə əksini tapıb.
Layihəyə əsasən, kredit ittifaqı tərəfindən borcalan barədə məlumatın kredit bürosuna təqdim edilməsi və kredit bürosundan alınması qaydası "Kredit büroları haqqında” qanun ilə tənzimlənəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay