Bank kartları ilə nağdlaşdırılan əməliyyatların həcmi məlum olub
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisi ölkə daxilində debet və kredit kartları vasitəsilə (9,9 milyon ədəd) 10 milyard 154 milyon manat məbləğində əməliyyatlar həyata keçiriblər.
Valyuta.az Mərkəzi Bankın yaydığı aylıq hesabata istinadən xəbər verir ki, sözügedən əməliyyatların 7 milyard 420 milyon manatı və ya 73,1%-i nağd pulun çıxarılmasının payına düşüb.
Bu ötən ilin analoji dövrü ilə müqayisədə 5,4 faiz bəndi azdır. Yanvar-aprel aylarında əhali ATM-lər vasitəsilə 7 milyard 115 milyon manat, POS-terminallar vasitəsilə isə 305 milyon manat nağdlaşdırıblar.
Qeyd edək ki, qalan 2 milyard 734 milyon manat isə debet və kredit kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin payına düşüb.
Sözügedən nağdsız ödənişlərin 158 milyon manatı ATM-lər vasitəsilə, 1 milyard 124 milyon manatı POS-terminallar vasitəsilə, 1 milyard 452 milyon manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay