BAKU Azərbaycan
12.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8055
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1122
13184

Azərbaycanda əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarına yol verilməməsi məqsədi ilə Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib.

Bu barədə Valyuta.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Qeyd edilir ki, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib.

Əmək münasibətlərinin anlayışı müəyyən edilib: 

“Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir”.

Tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab olunan və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilməyən hallar müəyyən edilib:

- Müqavilənin məzmunu əmək müqaviləsində mütləq şəkildə göstərilməli şərtlər və məlumatlara, forması isə Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun olduqda;

- Tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə;

- Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda;

- Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda;

- Tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda;

- Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsi ilə müəyyən edilən müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə tənzimləndikdə;

- Yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda;

- Müqavilədə Əmək Məcəlləsinin 10-cu (Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri), 77-ci (Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları), 112-ci (Məzuniyyətin növləri), 179-cu (İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar) və 186-cı (Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri) maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda.

Yuxarıda qeyd olunan hallardan biri aşkar edildiyi gündən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsi təmin edilməklə yazılı əmək müqaviləsi bağlanmalıdır.

Xatırladırıq ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən

- Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə 6 000 manat maliyyə sanksiyası tətbiq edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik (VİDEO)

Bakının bu ərazisində söküntü: Bina tikiləcək (VİDEO)

Əhali sayına görə Çini geridə qoydular

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarıldı (FOTO)

“Strimer” şirkəti meriyanı məhkəməyə verdi

Ürək çatışmazlığınızın olub-olmadığını yeriyərkən öyrənəcəksiniz

"KVESTBAKU" məhkəmə qarşısında

Siqaretlə bağlı yeni qanun qəbul olundu, dərhal cəza gələcək

Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək

“Bakıinşaatsənaye” 1500 manat cərimələnə bilər

"Xəzər TV" məhkəməyə verildi

"iPhone 16 Pro" necə olacaq? - Həvəskarları sevindirəcək üç xüsusiyyət

Dünya Göz Klinikasından maddi ziyan tələbi

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Dövlət qurumu ilə şirkət arasında icarə mübahisəsi

"Avromed" cərimələndi

"An Construction"a protokol yazıldı

Şirkətlər əmanətlərini "Unibank"dan geri çəkir - 38 milyon manat azalma

Keçmiş işçisi “Azza”dan əmək haqqı tələb edir

Kənd təsərrüfatının xarici toxum sortlarından asılılığını necə azaltmaq olar? (ŞƏRH)

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb ®

Bayden Çindən polad və alüminiuma daha yüksək tariflər tələb edir

Hansı sahibkarların vergi borcu silinə bilər? (ŞƏRH)

3 ayda xaricdən 80 milyon dollarlıq dənli bitki almışıq - 50 milyondan çox azalma

Azərbaycanda sığorta sektorunun ÜDM-də 1 faizlik payını necə artırmaq olar?

Rabitəbank 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb ®

Rusiya şirkətləri Çin banklarının qadağalarından necə yayınır?

Qazaxda Aqrar Biznes Festivalı keçirildi (FOTOLAR)

Azərbaycanda zərgərlik məmulatları bahalaşır - Qiymətlər necədir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin