Xəbər
28.05.2021 / 17:13
Bir il ərzində Azərbaycanda pul bazası 15 faiz artıb
12984
Cari ilin may ayının 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının ümumi pul bazası 14 milyard 692,8 milyon manat təşkil edib.
Valyuta.az Mərkəzi Bankın yaydığı aylıq hesabata istinadən xəbər verir ki, bu vəsait aprel ayının 1-nə olan vəziyyətə müvafiq olaraq, 128,2 milyon manat və ya 0,9 faiz azdır. Aydın olur ki, qeyd edilən dövrdə pul bazasının ümumi həcmi 14 milyard 821,0 manat təşkil edib.
Qeyd edək ki, cari ilin dörd ayı ərzində bankların pul bazasının ümumi həcmi 57 milyard 771,6 milyon manat olub.
Ötən ilin analoji dövründə isə bu vəsait 49 milyard 085,9 milyon manat həcmində olub. Bu da onu göstərir ki, bir il ərzində 8 milyard 685,7 milyon manat və ya 15 faiz, yəni ciddi artım baş verib.
Rövşən Ziya
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay