Xəbər
28.05.2021 / 09:17
Azərbaycan manatının effektiv məzənnəsi neçə bənd artıb? – MƏRKƏZİ BANK
12938
Bu ilin may ayının 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 77,6 bənd təşkil edib.
Mərkəzi Bankdan Valyuta.az-a verilən xəbərə görə, bu göstərici aylıq müqayisədə 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə 1 bənd az, ilin əvvəli ilə müqayisədə 2 bənd çoxdur.
Bu ilin may ayının 1-nə manatın real effektiv məzənnəsi isə 103,9 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 1,7 bənd çox, ilin əvvəli ilə müqayisədə 3,6 bənd çox, illik müqayisədə isə 3,5 bənd azdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay