BAKU Azərbaycan
27.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8198
  • 1 Rusiya rublu
    0.0182
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1173
12744

Azərbaycanda vergi güzəşt və azadolmalarının səmərəlilik meyarları üzrə qiymətləndirilməsi məsələsinə dair normativ baza formalaşdırılsa da, praktiki əhəmiyyət kəsb edən nəticələr indiyə qədər əldə olunmayıb, bu həm də fiskal qurumların yığımına da təsir göstərib.

Valyuta.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi rəydə bildirilir.

Nazirlər Kabinetinin 8 fevral 2020-ci il tarixli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası” və 3 noyabr tarixli qərarı ilə isə “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edilib və əsas inzibati qurum kimi Maliyyə Nazirliyi müəyyən edilib.

Qeyri-neft ÜDM-ə nisbətdə vergi və gömrük orqanları tərəfindən qeyri-neft sahələrindən təmin olunan gəlirlərin faiz nisbəti 2020-ci ilin nəticələrinə görə 18,7% (50 792,5 milyon manata qarşı 9 523,3 milyon manat) təşkil edib ki, bu da 2019-cu ilə nisbətən 0,7 faiz bəndi azdır. Əsas fiskal qurumların qeyri-neft sektoru üzrə büdcə yığımlarının ÜDM-ə qarşı faiz nisbətinin yüksəlməsini səngidən əsas səbəblər bir tərəfdən inzibatçılıqda təkmilləşdirməyə ehtiyac olan tərəflərin mövcudluğu ilə bağlıdırsa, digər tərəfdən qanunvericiliklə tətbiq olunan genişəhatəli güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsi üçün praktiki əhəmiyyət kəsb edən işlərin yerinə yetirilməməsi ilə əlaqədardır.

Qeyri-leqal məşğulluğun rəsmi əmək münasibətlərinə transformasiyasını hədəfləyən qanunvericiliyə uyğun vergi güzəştinin (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərinin 8 min manata qədər olan hissəsinin 2019-cu ildən 7 il müddətində gəlir vergisindən azad olunması) əmək münasibətləri üzrə uçotu şəffaf olan yüksək rentabelli vergi ödəyicilərinə (banklar, sığorta təşkilatları, rabitə operatorları və s. iri vergi ödəyiciləri) də tətbiq olunması bu seqment üzrə güzəştlərin səmərəliliyindən daha çox büdcə itkilərinin qiymətləndirilməsini zəruri edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Almaniyada “Adidas” və “Nike” şirkətləri arasında apelyasiya prosesi başladı

Şərqi Zəngəzur zonasında 2026-cı ilə qədər 3 şəhər, 29 kənd və 5 qəsəbənin salınması planlaşdırılır

Naxçıvan MR Yoluxucu Xəstəliklər Mərkəzi cərimələnə bilər

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı (YENİLƏNİB)

Təhsil haqqı dövlət tərəfindən ödənilən insanların əhatə dairəsi genişləndiriləcək

Reuters: Kanada Airbus-a Rusiya titanından istifadə etməyə icazə verdi

Sadıq Japarov: "Azərbaycan parlaq gələcəyini inamla qurur"

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Tramp ABŞ iqtisadiyyatını tənqid etdi

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Restoranlar müştərilərə xidmətdə ən çox hansı səhvlərə yol verirlər?

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirildi (YENİLƏNİB)

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlandı

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı

AQTA-dan bazar rəhbərlərinə - Xəbərdarlıq

Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)

Saharadan gələn qum fırtınası Afina səmasını narıncıya çevirdi (VİDEO)

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatı başladı

Xaricə satdığımız kartofun tonu 145 dollar ucuzlaşıb – Qiymət

Azad edilən ərazilərdə peşə yarmarkası keçiriləcək - İlk dəfə

Tramp ABŞ-ı dünyanın qalan hissəsi üçün zibilxana adlandırdı

Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Azad edilmiş rayonlarda ət və süd istehsalının həcmi açıqlandı - SİYAHI

Azərbaycan xaricdən mebel alışına çəkdiyi xərci 3 milyon dollara yaxın azaldıb

"AFB Bank" I rübü zərərlə bitirib

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - Bu tarixdən...

Hesabat dövründə fəaliyyəti olmayan sahibkar vergi hesabatı təqdim etməlidirmi?

AMEA-da təyinatlar - Yeni şöbələr yaradıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin