Hüquqi şəxslərin əmanətləri üzrə dollarlaşma ciddi azalıb – Mərkəzi Bank
2021-ci ilin birinci rübün sonuna Azərbaycanda hüquqi şəxslərin xarici valyutada yerləşdirilən əmanətləri hüquqi şəxslərin depozitlərinin ümumi portfelinin 56%-ni təşkil edib.
Valyuta.az Mərkəzi Bankın yaydığı hesabata istinadən məlumat verir ki, 2021-ci il martın sonuna hüquqi şəxslərin depozit portefli üzrə dollarlaşma 2020-ci ilin sonuna 58,1%-ə qarşı 56% təşkil edib.
Beləliklə, 2021-ci ilin əvvəlindən Azərbaycanda hüquqi şəxslərin əmanətləri üzrə dollarlaşma 2,1 faiz bəndi azalıb.
AMB-dən qeyd olunduğu kimi, hesabat dövründə fiziki şəxslərin əmanətləri üzrə dollarlaşa 50,7%-dən 50,3%-dək azalıb.
2021-ci il martın 31-nə Azərbaycanda banklarda əmanətlərin və depozitlərin həcmi 23 milyard 825,9 milyon manat təşkiul edib, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,8% çoxdur. Həmçinin, fiziki şəxslərin əmanətləri 8 milayrd 147,5 milyon manat həcmində qiymətləndirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay