Vakansiya
16.03.2022 / 16:44
Nazirlik 3 idman obyektinə direktor axtarır
20685
Gənclər və İdman Nazirliyi İmişli ilə Tərtərdəki Olimpiya İdman komplekslərinin, həmçinin Bakının Müşfiqabad qəsəbəsində yerləşən “İdman Sağlamlıq Mərkəzi” MMC-nin direktoru vəzifəsinə işə qəbul elan edib.
Valyuta.az nazirliyin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 50 yaşadək olan namizədlərdən idman sahəsində 2 il olmaqla ümumilikdə 6 il iş stajı tələb olunur.
Müraciət etmək istəyənlər CV (foto ilə), şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomun surətini martın 30-dək müvafiq ünvana göndərməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay