1 500 manatla başlayan “Code Academy” necə böyük şirkət oldu? - Ülvi Aslanovla müsahibə
Valyuta.az
14.3K abunəçi
Azərbaycanda universitetə qəbul olur, lakin 1 il oxuduqdan sonra bu təhsildən imtina edir və Türkiyəyə gedir. Lakin qəbul olduğu universitetdə də davam etmək istəmir və bir də universitet dəyişikliyi edir, nəhayət ODTÜ-də (Orta Doğu Texniki Universiteti) mədən mühəndisliyi üzrə təhsil alır.
Universitet vaxtı da aktiv tələbələrdən olur, hətta biznes qurur. Universiteti bitirəndən sonra ortağı başqa ölkəyə getsə də, o, Azərbaycana dönmək qərarı verir. Deyir ki, ilk olaraq Azərbaycanda uğurlu olmalıyam, sonra qlobala çıxacam. Azərbaycana gəldikdən sonra bu ölkədə karyera qurması üçün o qədər də çox zaman lazım olmur. Qısa müddətdə Yüksək Texnologiyalar Parkında Layihələrə dəstək və elmi potensial şöbəsinin rəhbəri olur. Lakin paraleldə öz işini qurur və görəndə ki, bu istiqamətdə perspektiv var, işindən ayrılır və fokusu öz biznesinə verir.
Beləlikdə, 2015-ci ildə test olaraq başladığı “Code Acamdemy”nin bu gün 11 mindən çox məzunu var. Proqramlaşdırma, dizayn, IT və kiber təhlükəsizlik, rəqəmsal marketinq, data analitika və.s. sahələr üzrə mütəxəssislər hazırlayan tədris müəssisəs bu gün artıq qlobala çıxmaq üzərində işlər aparır.
Valyuta.az-ın qonağı olan “Code Academy”nin təsisçisi Ülvi Aslanovla bu işə necə başlamaqlarından, 10 ildə keçdikləri yoldan və qarşıdakı planlarından danışdıq.
6 il pulsuz işlədi, 4-cü kursda qurduğu biznes məşhur oldu - Videomüsahibə
17 yaşlı ustanın 6 salon sahibliyinə gedən yolu - MÜSAHİBƏ
Ən aşağı vəzifədən başladığı şirkətdə rəhbərliyə gətirildi - İş adamının hekayəsi
22 ildən sonra iş dəyişikliyi - O, necə xarici şirkətdə direktor oldu?
"Tarqovu"dakı məşhur restoranın sahibləri kimdir? - İki dostun uğur hekayəsi
Lənkərandan ABŞ-nin ən böyük bankına gedən yol - Rəşad Mirzəyevin uğur hekayəsi (VİDEO)
Biznesdəki riskləri necə azalda bilərik? - Müsahibə
Alça satan oğlanın idarə heyətinə gedən yolu - VİDEO
Qadın iç geyim brendi yaradan bəy - "Senser"in hekayəsi
Xəyalındakı həyatı yaşayan adam - Pərviz Həsənovun film kimi hekayəsi