BAKU Azərbaycan
15.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
9543

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən vergi inzibatçılığında informasiya texnologiyalarının tətbiqinin təkmilləşdirilməsi, o cümlədən vergi orqanları tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılmasının daha da genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

DVX-dən Valyuta.Az-a verilən məlumata görə, informasiya texnologiyaları sahəsində həyata keçirilən əməliyyatların səmərəliliyinin artırılması, vahid prinsip və standartların işlənib hazırlanması, DVX-nin strukturları arasında rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi, bu sahədə təhlükəsizliyin və fasiləsiz iş fəaliyyətinin ən yüksək səviyyədə təmin edilməsi işinin təşkili məqsədilə Xidmətin Rəqəmsal Transformasiya Şurası yaradılıb. DVX rəisinin müvafiq əmrləri ilə Rəqəmsal Transformasiya Şurasının tərkibi və əsasnaməsi təsdiq edilib.

Əsasnamə ilə Şuranın məqsəd və fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, tərkibi və qərar qəbuletmə səlahiyyətləri, hesabatlılığı, həmçinin iş reqlamenti müəyyən olunub. Şuranın fəaliyyətinin əsas məqsədi DVX-nin vergi siyasəti və strateji məqsədlərinə uyğun olaraq əməliyyat fəaliyyətinin effektivliyinin, standartlaşmasının, təhlükəsizliyinin və fasiləsizliyinin yüksək səviyyədə təmin olunması üçün rəqəmsallaşma və avtomatlaşdırma proseslərinin idarə edilməsi işini təşkil etmək, həmçinin elektron xidmətlərin istifadəçiləri ilə qarşılıqlı fəaliyyətinin effektivliyini təmin etməkdir.

Şuranın əsas fəaliyyət istiqamətləri DVX-nin informasiya texnologiyaları və rəqəmsallaşma sahəsində strategiyası, vahid standartların hazırlanması və həyata keçirilməsi, strateji məqsədlərə çatmaq üçün informasiyanın toplanması, emalı və təhlili əsasında biznes təkliflərinin hazırlanması sisteminin (business intelligence) yaradılması və DVX-nin strukturları arasında informasiya mübadiləsi və rəqəmsallaşma üzrə qarşılıqlı fəaliyyəti optimallaşdırmaqdan ibarətdir.

Dövlət Vergi Xidmətinin Rəqəmsal Transformasiya Şurasının sədri vəzifəsini DVX rəisinin müşaviri Sərxan Həşimov icra edəcək. Şuranın üzvləri isə İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Natiq Şirinov, Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin rəisi Zaur Fətizadə, Rəqəmsal vergi inzibatçılığı baş idarəsinin rəis müavini Fuad Aslanov, habelə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Baş idarənin rəisinin 1-ci müavini Emil Qarayevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rusiya Afrikaya mal tədarükünü kəskin şəkildə artırdı - 21,2 milyard dollar

İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər (VİDEO)

Xarici investorların Rusiyaya viza alması asanlaşdırılacaq

"Apple" "iPhone 17 Plus"ı sələflərindən daha kiçik edəcək

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər

Aİ-nin hələ də Rusiya qazına ehtiyacı var

"Microsoft" "Windows"un pirat istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq etdi

“Coca-Cola” “Coffee Aliance” MMC-ni məhkəməyə verdi

Yapon həkimlər "Google"u məhkəməyə verdi

Xaricdə nə qədər rusiyalı frilanserin çalışdığı məlum oldu

"Araş Estetik" məhkəməyə verildi

Avropa "Türk axını" ilə Rusiyadan rekord həcmdə qaz alıb

"Qala Group" cərimələnir

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru Klaus Müller mətbuata açıqlama verib: "Bakcell böyük dəyişikliklər astanasındadır!"

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin