BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.8397
  • RUB
    0.0177
  • TRY
    0.0496
  • GBP
    2.204
57913

ƏMAS altsistemində işəgötürən və işçi arasında əmək müqaviləsinə dəyişiklik olduqda bütün hallarda elektron əmək müqaviləsinin imzalanması həyata keçirilir. Müqavilənin qüvvəyə minməsi ilə bağlı halları “vergiler.az”a iqtisdaçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 46-cı maddəsinin altıncı hissəsinə əsasən, elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Bu səbəbdən də əmək müqavilələrinə dəyişiklik olduqda yenidən onlayn əmək müqaviləsi tərtib edilir. Əmək Məcəlləsinin 49-cu maddəsində qeyd edilir ki, əmək müqaviləsinə dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.

Bir məqama xüsusi diqqət yetirmək lazımdır. Əmək Məcəlləsinin 1 saylı əlavəsində əmək müqaviləsinə dəyişikliyin hüquqi qüvvəyə minməsi üçün iki variant təklif edilir. Belə ki, əmək müqaviləsinin nümunəvi formasının 8.3-cü bəndində qeyd edilir ki, tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya ____ gündən gec olmayaraq qüvvəyə minir və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.

Bənddən göründüyü kimi, əmək müqaviləsinə dəyişikliklərin hüquqi qüvvəyə minməsi üçün 2 variant var:

- dəyişikliklər və əlavələr imzalandığı tarixdən və ya

- _____ gündən gec olmayaraq.

İkinci variant o halda mümkündür ki, işçi və işəgötürən arasında bağlanan əmək müqaviləsində tutaq ki, 2 sentyabr 2024-cü il tarixdə dəyişiklik edilsə də sənədin hüquqi qüvvəyə minmə tarixi - misal üçün, 15 sentyabr 2024-cü il tarixi olsun.

Əmək müqaviləsinə dəyişikliklə bağlı prosesin necə həyata keçirilməsini misalla izah edək.

Misal 1: İşəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə edilən dəyişikliyə əsasən, işçi yeni vəzifəyə keçirilir. Bu zaman işəgötürən cari əmək müqaviləsi üzrə dəyişiklik həyata keçirdikdə, hər iki tərəfin imzaladığı tarixdən işçinin yeni vəzifəyə keçirilməsi təsdiqlənir. İşəgötürən dəyişiklik edilmiş elektron əmək müqaviləsini imza üçün işçiyə göndərir. İşçi elektron əmək müqaviləsini elektron imza ilə imzaladıqdan sonra işəgötürən tərəfindən də eyni proses həyata keçirilir. İşəgötürən elektron əmək müqaviləsini imzaladıqdan sonra işçinin yeni vəzifəyə keçməsinin hüquqi qüvvəsi olacaq. Əks halda, işəgötürən tərəfindən işçinin yeni vəzifəyə keçirilməsinin hüquqi əsası olmayacaq.

Bəs əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən qüvvəyə minə bilərmi?

Bəzi hallarda işəgötürən və işçi arasında bağlanan əmək müqaviləsinə dəyişikliklərin öncəki tarixdən hüquqi qüvvəyə minməsinə ehtiyac yaranır.

Misal 2: İşəgötürən 15 noyabr 2024-cü il tarixdə qərar verir ki, 1 noyabr 2024-cü il tarixdən etibarən işçilərin əmək haqları 20 faiz artırılsın. 15 noyabr 2024-cü il tarixdə işəgötürən və işçilər arasında bağlanan əmək müqavilələrinə dəyişiklik edildiyi zaman ƏMAS-da dəyişikliyin qüvvəyə mindiyi tarix 1 noyabr 2024-cü il kimi qeyd ediləcək. Bu səbəbdən elektron əmək müqaviləsinin 15 noyabr 2024-cü il tarixdə imzalanmasına baxmayaraq, əməkhaqqının yeni artımla hesablanması 1 noyabr 2024-cü il tarixdən həyata keçirilə bilər.

Amma yuxarıdakı misalda qeyd etdiyimiz kimi, əmək müqaviləsində dəyişiklik və əlavələr imzalandığı və ya razılaşdırımış müəyyən tarixdən sonra qüvvəyə minməsinə icazə verilir. O səbəbdən də işəgötürənlərə tövsiyə edirik ki, əmək müqaviləsinə dəyişiklik tarixini öncəki tarixlǝrǝ qeyd etməsinlər. Baxmayaraq ki, ƏMAS alstistemində dəyişiklik tarixinin öncəki tarixlərdə qeyd edilməsinə hər hansı məhdudiyyət yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

MMC-də rəhbər dəyişikliyi üçün tələblər

Kredit ittifaqları kimləri aldadır: Dövləti, yoxsa vətəndaşı?

Əmək müqaviləsinə dəyişiklik öncəki tarixdən hüquqi qüvvəyə minə bilərmi?

İşsiz statusunun verilməsi və sığorta ödənişinin ödənilməsi qaydası

Xizək həvəskarları üçün 2024-cü ilin ən yaxşı kurortları - QİYMƏTLƏR

Tapdığımız əşyaya görə pul istəyə bilərik?

Rusiyada Azərbaycanın turizm nümayəndəliyinin açılışı olub

Azərbaycanlı həkimlər niyə kütləvi halda Almaniyaya axın edir?

Azərbaycanlı həkimlər niyə kütləvi halda Almaniyaya axın edir?

2024-cü ildə dünya superdövlətləri: ilk 10-luğa hansı ölkələr daxildir?

Microsoft və OpenAI əlaqəsinin ətraflı analizi

Elektromobil alarkən nələrə diqqət yetirilməlidir?

Restoran və kafelərdə Wi-Fi-yə qoşulmaqla parol və pullarınız ələ keçə bilər

Sadəcə milyonçuların yaşadığı kənd və onun maraqlı tarixçəsi

8 658 il həbs cəzası almış Adnan Oktarın 2 milyardlıq sərvətinin taleyi bəlli oldu

Passiv Gəlir nədir və onun əhəmiyyəti

Passiv Gəlir nədir və onun əhəmiyyəti

Xaricdən 9 manata alınan bal marketlərdə 37 manata satılır - Qiymətlər

İndoneziyadan "Apple"a satış qadağası: 15 milyonu yatırın sonra

Səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələri - TOP 15

Səyahət etmək üçün dünyanın ən təhlükəsiz ölkələri - TOP 15

Xaricdən dərman alışına 393 milyon dollar xərcləmişik - Rəqəmlərdə azalma

Seçkilərdə qalib gəldi - Sərvəti 925 milyon dollar artdı

Bu gündən İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılıb

"Nadirən varlı insanın əynində hər gün bir paltar görmək olar"

"Umico"nun sahibi məhkəməyə verildi

“WhatsApp” uzun illərdir gözlənilən funksiyanı aktivləşdirir

“SpaceX” internet peyklərinin yeni qrupunu orbitə çıxarıb (VİDEO)

İcra başçısının oğlunun avtomobil şirkəti məhkəməyə verildi

Sabaha gözlənilən hava durumu açıqlanıb -18 dərəcə isti olacaq

Nikahı pozan şəxsləri hansı cəza gözləyir? - AÇIQLAMA

Ziya Məmmədov bağ evini satışa çıxardı (FOTO)

Ziya Məmmədov bağ evini satışa çıxardı (FOTO)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin