BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0184
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2757
56323

Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşı sonuncu dəfə 2023-cü il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar müəllimlərin maaş məsələsi sosial şəbəkələrdəki təhsil qruplarında müxtəlif müzakirələrə səbəb olub. Bu müzakirələrdə müəllimlərin ödədikləri vergilər barədə də çox sayda suallar verilir.

Müəllimlərin aldığı maaşdan hansı vergilər tutulur?

Valyuta.az xəbər verir ki, Modern.az məsələnin aktuallğını nəzərə alaraq, ona aydınlıq gətirməyə çalışıb.

Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, 2500 manatadək olan aylıq gəlirlərdən 14% gəlir vergisi tutulur. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, əmək müqaviləsi ilə işləyənlər üçün hesablanmış əməkhaqqının 3% miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Qeyd olunanlardan əlavə, Həmkarlar İttifaqı Təşkilatı ilə bağlanmış müqaviləyə əsasən, əməkhaqqından 2% üzvlük haqqı tutulur.
Bundan başqa, müəllimlər iİşsizlikdən sığortaya görə 0,5%, icbari tibbi sığortaya görə 2% ödəniş də edirlər. 

Beləliklə, müəllimlərin əmək haqqından aşağıdakı vergilər tutulur:

Gəlir vergisi – 14%;

Sosial sığorta – 3%;

Həmkarlar ittifaqı – 2%;

İşsizlikdən sığorta – 0,5%;

İcbari tibbi sığorta haqqı  - 2%. 

Bunları ümumilikdə hesabladıqda maaşdan 21,5 % tutulmalar olur.

Qeyd edək ki, əmək haqqı 2500 manata qədər olduqda, ondan ölkə üzrə yaşayış minimumu- 345 manat çıxıldıqdan sonra qalan məbləğdən 14% gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102-ci maddəsinə əsasən, bəzi kateqoriyadan olan işçilərin əməkhaqqından gəlir vergisi güzəştlə tutulur.

Belə ki, I və II qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İşə bərpa üçün şirkəti məhkəməyə verdilər

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Nazirlərin oktyabr ayı üçün vətəndaş qəbulu CƏDVƏLİ

Çin səhmləri rekord həddə yüksəldi

“Azəristiliktəchizat”a dövlət tərəfindən kapital qoyuluşunun həcmi 5%-ə yaxın artırılıb

İş müsahibəsində stress və utancaqlığı aradan qaldırmağın yolları

"Qala Həyat” rəqiblərindən geri qalır - Yığımları azalmaqda davam edir

Dünyanın “Top 500” şirkətinin 75 faizi 3 ilə yoxa çıxacaq - Proqnoz

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

Sahil Babayevdən nazir müavinin deputat seçilən xanımının yerinə təyinat

"Unibank"ın şirkəti hansı qaydaları pozub?

İcbari sığorta bazarında 6 milyon manatlıq böyümə

Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi

"Azərbaycanda kənd təsərrüfatının inkişaf strategiyası" proqramı hazırlanıb

Trampın imzası olan qol saatları - 100 min dollara...

Xətaidəki yanğına görə 8 Noyabr prospekti bağlandı

DİM gələn ilin buraxılış imtahanlarının proqramını açıqlayıb

İlon Mask: "Çinin istehsal gücünə görə ABŞ-ı ötüb"

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır

Azərbaycanın beş startapı ABŞ-da qlobal sammitdə iştirak edəcək

Azərbaycana turistlər hansı məqsədlə gəlir? - İstirahətə gələnlər 900 minə yaxınlaşır

Bu şəhərdən Bakıya uçuşlar başlanılacaq

İçərişəhərə maşınlar buraxılmayacaq? - VİDEO

4 məktəbə direktor təyin edildi

Bu yolda avtomobillə hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilfi

Şənbə gününün hava proqnozu

Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər

Bank sektorunun aktivləri 50, öhdəlikləri 44 milyard manata çatıb

Prezident Zəfər parkında olub (FOTO/YENİLƏNİB

Əhali banklara əmanət qoyuluşun 1,3 milyard manat artırıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin