BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8748
  • 1 Rusiya rublu
    0.018
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2318
51204

Vətən müharibəsi veteranıyam. Veteranlığımı təsdiqləyən sənədi 2023-cü ilin dekabr ayında iş yerinə təqdim etdim və maaşımın vergi tutulan hissəsi 400 manat azadıldı. Eşitdiyimə görə, 2022-ci ildən ötən dövr ərzində maaşdan vergi tutulubsa, iş yerində tutulan vergilər geri ödənilməlidir. Bu nə dərəcədə doğru məlumatdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilir. Bundan başqa, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmayıb.

Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Azərenerji"nin prezidentinə şiddətli töhmət verildi - SƏBƏB

WhatsApp-da sosial şəbkə funksiyaları istifadəyə verilib (FOTO)

Bu tələbələrə Prezident təqaüdü veriləcək (SİYAHI)

Bələdiyyələr qrant ala biləcək

Bazar gününə olan hava proqnozu

Azərbaycanda sosial şəbəkələrin bazar payı açıqlanıb - "Facebook" kəskin geriləyib

Azərbaycan və İtaliya “yaşıl enerji” tədarükünün genişləndirilməsini müzakirə edib

Mənzil almaq istəyənlərin yeni ümidi

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb - Hansı məsələlər müzakirə olunacaq? - SİYAHI

Horovlu kəndində tikinti işləri nə yerdədir? (FOTO)

Qızıl və gümüş cüzi ucuzlaşıb

Zəngilanda yeni yaşayış kompleksi belə olacaq (FOTO)

Çinin haker qrupundan ABŞ-nin telefon dinləmə sistemlərinə hücum - Təfərrüatlar

Yollarımızın yeni, zolaqlı problemi

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

“X” Braziliya 5 milyon dollar cərimə ödəyib - Səbəb

Rusiya Aİ-yə qaz tədarükündə yenidən ABŞ-ı qabaqladı

"iPhone SE 4" "iPhone 15"dən daha güclü olacaq

Həmtəsisçisi "Wildberries"ə qarşı 3,7 milyard dollarlıq iddia qaldırdı

Məcburi auditdən yayınan şirkətə protokol yazıldı

Yaxın Şərqdəki münaqişə dünya iqtisadiyyatına necə təsir edib?

"Windows 11" fayl köçürmələrini 94% sürətləndirir

"Samsung" kompüterlər üçün yaddaş çiplərinin kütləvi istehsalına başladı

Valyuta tənzimi qaydalarını pozan şirkət məhkəmə qarşısında

Yaxın Şərq münaqişəsi qlobal bazarlara təsir edir

"Molto Group" aksizsiz mal idxal edib?

Aİ sanksiyalara cavab olaraq Rusiyanın bu mümkün qərarından qorxur

"Adobe" "Photoshop" və "Premiere"ə yeni AI xüsusiyyətləri əlavə etdi

Dünyada ərzaq qiymətlərində son 1,5 ildə ən sürətli artım qeydə alınıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin