BAKU Azərbaycan
25.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8082
  • 1 Rusiya rublu
    0.0181
  • 1 Türkiyə lirəsi
    0.0522
  • 1 İngiltərə funt sterlinqi
    2.1115
10538
İlqar Əsədov: “İlin sonunda hesablanmış vergi çox olarsa, ödəyici yalnız aradakı fərqİ ödəyəcək”

 

Vergi Məcəlləsinin tələbinə görə, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli və cari vergi məbləği barədə arayışı hər rüb bitdikdən sonra növbəti ayın 15-dək təqdim etməlidirlər. 

Valyuta.az Vergiler.az-a istinadən xəbər verir ki, bu mövzuda vergi ödəyicilərindən aldığımız sualları mühasibat mütəxəssisi İlqar Əsədov cavablandırır.

- Bu il yaradılmış müəssisə cari vergi məbləği barədə arayışı hansı metodla seçməlidir?

- Vergi Məcəlləsinin 151.5.1-ci maddəsinə uyğun olaraq, əvvəllər fəaliyyəti olmayan vergi ödəyiciləri mənfəət vergisi və ya gəlir vergisi üzrə cari vergi ödəmələrini təqvim ili ərzində rüblər üzrə artan yekunla Vergi Məcəlləsi ilə müəyyənləşdirilən müvafiq vergi dərəcələrinə əsasən hesablamalıdırlar. Belə vergi ödəyiciləri arayışda 151.5-ci metodunu seçməlidirlər. Arayış üzrə cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalıdır. Eyni zamanda ötən il sadələşdirilmiş vergi ödəyicisi olub, bu ilin əvvəli isə gəlir (mənfəət) vergisi ödəyicisi olan vergi ödəyiciləri də arayışda 151.5-ci metodu seçməlidirlər.

- Tutaq ki, cari arayış şəxsi hesab vərəqinə hələ işlənməyib və ya işlənib, ancaq vergi hələ ödənilməyib. Bu halda vergi ödəyicisi nə etməlidir?

- Əgər cari vergilər şəxsi hesab vərəqənizə ağlabatan müddətdən artıq (məsələn, 1 ay müddətində) işlənməmişdirsə, o zaman vergi orqanlarına məktubla müraciət etməyi tövsiyə edirik. Vergi Məcəlləsinin 59.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin cari arayışı təqdim etdiyi ayın 15-dən sonrakı hər ötmüş gün üçün hesablanmış məbləğə 0,1 faiz əlavə faizlər hesablanır. Əgər vergi ödəyicisi vergi ödəmələrini, o cümlədən cari vergi ödəmələrini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddət çərçivəsində ödəməzsə, onun bank hesablarına və digər kredit təşkilatlarındakı hesablarına sərəncam yönəldilə bilər.

Bir məqamı da yaddan çıxarmaq olmaz ki, cari vergi ödəmələri ƏDV depozit hesabından ödənilə bilməz. Cari vergi ödəmələri mənfəət (gəlir) vergisinə aid edildiyindən vergi ödəyiciləri ödəmə edərkən müvafiq vergi növləri üzrə uyğun təsnifat kodlarını seçməlidirlər. Cari vergilərin hesablanması haqqında arayışı səhv təqdim etdiyinizi hesab edirsinizsə, təqdim etməli olduğunuz ayın 15-nə kimi dəqiqləşdirilmiş arayışı təqdim edə bilərsiniz.

- Fərdi sahibkar il ərzində cari vergi ödəmələrindən başqa, ilin sonunda ayrıca gəlir vergisi ödəməlidirmi?

- Cari vergi ödəmələri vergi ödəyicisinin həmin hesabat ili üçün ödəyəcəyi vergilərə aid edilir. Hesabat ilinin sonunda hesablanmış vergi çox olarsa, vergi ödəyicisi tərəfindən yalnız aradakı fərq ödəniləcək. Cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda isə artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılacaq. Onu da qeyd edək ki, cari vergi ödəmələri vergi ödəyicilərinin özləri üçün də ilin sonunda bütöv ilin mənfəət vergisini ödəyib maliyyə sıxıntısı yaşamaması üçün əlverişlidir.

Fəaliyyətlərini dayandırmış vergi ödəyiciləri üçün sözügedən arayışı təqdim etmək nəzərdə tutulmayıb.

- Cari vergi arayışında qeyd edilən verginin xüsusi çəkisi nədir?

- Cari vergilərin hesablanması haqqında arayış 151.2 metodu ilə təqdim edildiyi təqdirdə vergi ödəyicisi vergini, arayışı hansı rüb üçün təqdim edirsə, həmin rüb ərzində əldə etdiyi gəlir məbləğini (gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərclər çıxılmadan) ötən il üzrə hesablanmış mənfəət (gəlir) vergisi məbləğinin ötən ilin ümumi gəlirdəki xüsusi çəkisinə vurmaqla müəyyən edir. Bu, keçən ilin mənfəət (gəlir) vergisinin həmin ildə xərclər çıxılmadan əldə edilən gəlirə bölünməsi nəticəsində alınmış ədədin faizlə ifadəsidir:
(Keçən ilin vergisi / Keçən il əldə edilmiş ümumi gəlirlər)*100%.

- Ötən il pandemiyadan zərər çəkən sahələrə aid müəssisələrin mənfəət vergisi güzəştlə hesablandı. Bu il cari vergi arayışını təqdim edərkən keçən ilin mənfəət vergisi üçün güzəştli məbləği, yoxsa güzəştsiz məbləği seçməlidir?

- Cari vergi ödəmələrinin hesablanması haqqında arayış elektron formada təqdim edildiyi halda keçən ilin mənfəət vergisinin qeyd edilən sətrini AVİS sistemi avtomatik doldurur. Elektron kabineti olmayan, habelə bu və ya digər səbəblərdən cari vergi ödəmələrinin hesablanması haqqında arayışı kağız daşıyıcıda əldən-ələ təqdim edən vergi ödəyiciləri arayışda keçən ilin mənfəət vergisi sətrində güzəştsiz məbləği daxil etməlidir.

Onu da deyək ki, pandemiyaya görə güzəşt məbləği 1 yanvar 2020-ci ildən 31 dekabr 2020-ci ilədək dövr üçün qüvvədə idi. 1 yanvar 2021-ci ildən vergi ödəyiciləri üçün bu güzəşt ləğv olunub və hazırda bununla bağlı hər hansı azadolma və güzəşt mövcud deyildir.

- Azərbaycanda daimi nümayəndəliyi olan şirkətlər cari vergi arayışını təqdim etməlidirlərmi?

- Azərbaycanda daimi nümyəndəliyi olan qeyri-rezident şirkətlər də digər rezident müəsisələr kimi cari vergilərin hesablanması haqqında arayışı Vergi Məcəlləsi ilə müyyən edilmiş qaydada və formada təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Çin xarici investisiyaları ölkədə saxlaya bilmir

Keçmiş işçisi “Pepsi” şirkətini məhkəməyə verdi

"Şahdağ Group"a protokol yazıldı

Ursula fon der Leyen AB pullarının ABŞ-a axmasından şikayətləndi

Şirkətlə “Ankara Məktəbi” arasında qalmaqal

"Bakcell"in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşdü (FOTO)

Forbes ən yoxsul 10 rus milyarderinin adını açıqladı

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib - FƏRMAN

Bakı Türk Liseyinin 2024-cü il buraxılış uğuru

ARDNF-nin dövlət büdcəsinə transfertləri 2 dəfə artıb

MN-nin 9,3 milyonunu mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxundu

Xınalığa dolu düşüb - VİDEO

Gecikdirilmiş 35 min manatdan çox vəsait işçilərə ödənilib - RƏSMİ

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib

Neft Fondunun aktivləri 57 mlrd. dolları ötüb

Şoran torpaqlar əkin üçün yararlı hala salınacaq

MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb

20 min manata qədər alına biləcək etibarlı avtomobillər

Bu xəbər neft və qızılı bahalaşdırdı

Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - Foto/Video

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ronaldo "Yuventus"u məğlub etdi

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

Azərbaycan vətəndaşlarının Türkiyədə aldığı daşınmaz əmlakların sayı açıqlandı

"Toyota Land Cruiser 250"nin qiyməti açıqlandı

Almaniyada OBI sahibinin yoxa çıxması ilə bağlı istintaq bərpa edildi

Mətbuat katibi vəzifəsindən ayrıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin