BAKU Azərbaycan
3.03°C
  • USD
    1.7
  • EUR
    1.7517
  • RUB
    1.7594
  • TRY
    0.0472
  • GBP
    2.1013
9075

Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdən düşməyib, bu məsələ yenə də aktualdır. Bu barədə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə məlumat verib. Onun sözlərinə görə, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədlərin hamısı yenə də gündəmdədir: "Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi və s. məsələlər hamısı gündəmdə qalır".

Bəs görəsən turizm sektorunda subsidiya hansı formada və hansı turizm növləri üzrə verilə bilər?

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, pandemiya dövründə turizm sektoruna subsidiyaların verilməsi vacibdir:

"Turizm sahəsində fəaliyyət göstərən şirkətlərə subsidiyanın verilməsini alqışlayıram. Subsidiyaların turizm sektoruna verilməsi təqdirəlayiq haldır. Mənim fikrimcə, subsidiya o turizm şirkətlərinə verilməlidir ki, layihələr ortaya qoyaraq tuirizmin inkişaf yollarını göstərir. Qarabağda, işğaldan azad edilmiş ərazilər üzrə turizm layihələrinə də dövlət dəstəyi olmalıdır".

M. Ağakərimov bildirir ki, turizm növlərinin inkişafı üçün təkcə otellərə yox, digər turizm şirkətlərinə, daxili və gəlmə turizmlə məşğul olan şirkətlərə də dövlət dəstəyi göstərilməlidir: "Xaricdə iqtisadi böhran olan qurumlara dövlət yardım göstərir ki, sahibkarlar ayağa qalxa bilsin. Turizm iqtisadiyyatda mühüm rol oynayır. Pandemiyadan ən çox zərər çəkən sahə olan turizmin yenidən dirçəldilməsi üçün subsidiyaların verilməsi çox vacib addım olacaq".

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, turizm sahəsində daxili turizmin təşviqi üçün subsidiyanın verilməsi yaxşı olar:

"Belə bir təcrübəni biz Rusiyanın nümunəsində gördük. Subsidiyalar vətəndaşlara verildi. Vətəndaşlar üçün keşbeq oldu. Onlara turlara xərclədikləri vəsaitin bir hissəsini geri əldə edə bildilər. Bununla da endirim oldu. Belə bir subsidiyalar turizm agentliklərinə və hotellərə verilir. Bu subsidiyalar onların qiymətlərində endirim etməyə imkan verir. Bununla da daha ucuz qiymətlərlə hər hansı turizm sahəsini təşviq etmək olar".

O ki, qaldı subsidiyaların turizmin hansı istiqamətlərinə aid edilməsinə, S. Dübəndi deyir ki, eko turizm növləri, açıq səma altında turizm fəaliyyətlərinin subsidiyalaşdırılmasına ehtiyac var: "Bir sıra şirkətlər var ki, onlar eko turistik fəaliyyətlə məşğuldurlar onlara subsidiyalar ayırmaqla daha tez bu turizm növünü canlandırmaq olar. Subsidiyaların verilməsi regional xarakter də daşıya bilər. Gəlmə turizmi dirçəltmək üçün turizm agentliklərinə, hotellərə, avia şirkətlərə subsidiya vermək mümkündür".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Meta" minlərlə işçisini ixtisar edəcək: "İşimizin insani tərəfi aradan qalxır"

Bakıda bu zavod cərimələndi

"Siemens Energy" sifarişlər portfeli rekord məbləğə çatıb - 131 milyard...

Çinin süni intellekt sirri

Almaniya üzərində duman: Havanın çirklənmə səviyyəsi rekordlar qırır

Vergi borcu olan şirkət tenderin qalibi olub

Qarlı-buzlu havalara avtomobilimizi necə hazırlayaq? – Mütəxəssis rəyi

"Nissan" və "Honda"nın 60 milyardlıq birləşmə planı niyə uğursuz oldu? - Geniş təhlil

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq genişlənir - Hansı sahələr inkişaf edəcək?

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq genişlənir - Hansı sahələr inkişaf edəcək?

UEFA Azərbaycanın doqquz klubuna ödəniş edib

Putin və Tramp arasında saat yarımlıq telefon danışığı olub

Satoşi Nakamoto yenidən gündəmdə: 100 milyard dollarlıq "Bitcoin" cüzdanlarına nə olacaq?

Çinlilər indi də Useyn Bolt qədər sürətli qaçan robot hazırladı

İş adamının 50 minlik borcu var

Altman Maska cavab verdi: "...Ona görə narahatam"

Yaponiyanın nəhəng şirkətləri "DeepSeek"dən istifadəni qadağan etdi

ABŞ qrantları ilə Azərbaycanda həyata keçirilən layihələr və məbləğlər

Deputata məxsus olduğu bildirilən şirkətə 800 minlik sifariş

Bu il 5 yeni "iPhone" modeli təqdim ediləcək - Hansı modellər olacaq?

Stiv Cobsun imzalı vizit kartı 75 min dollara satışa çıxarıldı

Prezident Dövlət Agentliyinə sədr təyin etdi

Azərbaycan dizeli hansı ölkələrdən alır və hansı ölkələrə satır? – Siyahı

Bu şirkətin direktor müavini vəzifəsindən ayrıldı

Türkiyəli iş adamının Azərbaycandan çıxışına "stop" qoyuldu

“MilliKart” zərər etdi, nizamnamə kapitalı kəskin azaldıldı

“MilliKart” zərər etdi, nizamnamə kapitalı kəskin azaldıldı

Ləğv edilən qurumun işçiləri 3 aydır maaş ala bilmir - Açıqlama

Bu universitetə yeni rektor əvəzi təyin olundu

Azərbaycanda Heydər Əliyev təqaüdü ilə təhsil alan bu tələbələrin sayı artırılacaq

Sabah bu rayonda qaz olmayacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin